Reklam
Ermənilər Natəvanın sümüklərini özləri ilə aparıb - ŞƏKİL
01-06-2022 17:34

Dalidag.az kult.az-a istinadla xəbər verir ki, bu barədə danışan dosent Zaur Əliyev məşhur fotoqraf Rza Deqatinin işğaldan azad edilən Ağdamda Xan qızı Natəvanın dağıdılmış məzarından çəkdiyi son fotoya istinadla, Xan qızının meyitinin qalıqlarının çıxarıldığını bildirib.
O iddia edib ki, ermənilər Natəvanın meyitinin qalıqlarını özləri ilə aparıblar.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova saytımıza açıqlamasında Ağdam şəhərində Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksinin ərazisinin həm də Xan nəslinin məzarlığı olduğunu vurğulayıb:
“Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq da erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın abidəsini tamamilə dağıdıblar”, - deyə o bildirib.
Qeyd edək ki, nazirlikdə Xan qızının meyitinin qalıqlarının harada və necə olması haqda hər hansı bilgi yoxdur.
Kateqoriya: Qarabağ
Tarix: 01-06-2022 17:34
Baxış sayı: 3285Yazı axını
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar






























