Rusiya ordusunun genişmiqyaslı hücumu Ukraynanın böyük ərazisinin bombardman edilməsi ilə nəticələnəcək. Dalidag.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert Arkadi Babçenko deyib. Onun sözlərinə görə, Moskva üçün əsas məsələ xaos və Avropanı qorxudan böyük qaçqın kütləsi yaratmaqdır. Məhz bunun nəticəsində Qərb Kiyevdə rusyönümlü hökumətə razı olacaq: “Ukraynanın bütün ərazisinə zərbə endiriləcək. Bu, Donbasda baş verənlərin (2014-cü ildə - red.) eynisi olmayacaq”. Babçenko əlavə edib

"...Kitablara sığışmayan xatirən var Nə olsun ki, ürəyimi tutub qübar, Arada bir ürəyimdən biixtiyar Yoxluğunu belə sevmək xoşdur mənə..." Dalidag.az Fərid Muradzadənin şeirini təqdim edir: *** Külək olub sənin qumral tellərini darayaydım, Günəş olub gül çöhrəni oxşayaydım, Bulaq təki gözlərinin xəyalını gözlərimdə saxlayaydım yuxu kimi... Əl uzadıb tuta bilsəm əllərindən Ürəyimdə illər boyu saxladığım oxunmayan nəğmələri oxuyardım sənin üçün. Keçdi qırx yaş, iyirmi il səni görüm deyə-deyə Bu

Var olan bir gün yox olur. Yaradılış olum və ölüm adlı həyat fəlsəfəsinin qaçılması mümkün olmayan qanunlarına tabedir. Bəli, hər bir insan yer üzündə müəyyən zamana qədər qalıcıdır, sonra bizə məlum olmayan dünyanın qapılarından girib, ruhunu, cismini aid olduğu yerlərə təslim edir və bu dünya dediyimiz məkanla cismani əlaqəni kəsir. Ölüm adlı istənilməyən qonaq hər kəsin qapısından içəri girir. Kiminin anasını, kiminin atasını, kiminin övladını..., kiminin də ömür-gün yoldaşını ağuşuna alır

Vaksin olunmuş şəxs immunitet qazanır, virusa qarşı qorunmuş olur. İnfeksiyaya yoluxsa da, yüngül keçirir. Vaksin olunmuş şəxslər əlavə olaraq bir çox imtiyazlar qazanır. Dalidag.az xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında pulmonoloq Eldar Zeynalov deyib. O bildirib ki, vaksin vurduran insanların daşıyıcı olmaq ehtimalı yoxdur: “Vaksin olunmuş şəxslər gələcəkdə maskadan azad oluna və digər ölkələrə sərbəst gediş-gəlişləri təmin oluna bilər. Hökumət yenidən sərt rejimə keçməyə

ABŞ-ın Türkiyəyə S-400-lərdən dolayı təzyiqləri heç bir nəticə verməyəcək. Dalidag.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko deyib. “ABŞ-ın Türkiyəyə təzyiqləri dalana dirənib. Çünki Türkiyə güclü dövlət başçısına sahib müstəqil ölkədir. Rəcəb Tayyib Ərdoğan heç kimə onunla güc dili ilə danışmasına icazə verməz. Ona görə ki, bu, Türkiyəni alçatmaq cəhdidir və beynəlxalq aləmdə qəbuledilməzdir. Türkiyə hərbi potensialına görə NATO-nin ikinci ən güclü ölkəsidir. ABŞ-dan

Əhməd bəy Ağaoğlu Türk dünyasının dahi şəxsiyyətlərindən biridir. Ömrü boyunca qələmini insan şəxsiyyətinə, azadlığına həsr etmiş dahi mütəfəkkirimiz Əhməd bəyin yaradıcılığının qayəsini azad insan təşkil edib. Əksər dahi insanlar kimi məşəqqətli ömür yolu keçmişdir. Türk olmasına görə bir çox çətinliklərlə qarşılaşmışdı. Azadlığı əlindən alınan bir insandan daha çox kim azadlığın qədrini bilə bilər ki? Əhməd bəy də belə şəxsiyyətlərdən idi. O doğulub, boya-başa çatdığı Şuşa şəhərində azad

xxx Rusiya Ukrayna sərhədlərinə və Krıma qoşun cəmləşdirməkdə davam edir. Buna paralel olaraq Rusiya KİV-ləri və ekspertləri Ukraynanın Donbas separatçıları üzərinə irimiqyaslı hücuma hazırlaşdığı barədə ictimai rəy formalaşdırmağa çalışmaqdadır. Son məlumatlara görə Rusiya Müdafiə Nazirliyi Krıma S-400 “Triumf” və S-300 zenit-raket komplekslərinin yeni diviziyonlarını göndərib. Ukrayna Prezidenti Vladimir Zelenski isə Böyük Britaniyanın Baş naziri Boris Consona zəng vurub və Rusiyaya qarşı

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi tapılıb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Tərtər rayon Çardaqlı kənd sakini 1995-ci il təvəllüdlü Müddətdən Artıq Həqiqi Hərbi Xidmət keçən Hərbi Qulluqçu (MAHHXHQ) Cəfərov Təbriz İlqar oğlunun şəhid xəbəri gəlib. Qeyd edilib ki, hərbçimiz bu gün torpağa tapşırılacaq.

"Erməni ordusu indi elə bir vəziyyətdədir ki, ayıq düşüncəli istənilən adamın ağlına revanş fikri gəlməz". Bunu Ermənistanın ikinci prezidenti olmuş Robert Koçaryan Rusiyanın birinci kanalında yayımlanan "Pozner" verilişinə müsahibəsi zamanı deyib. "Buna görə də vəziyyətə bu cür baxmaq lazımdır: münaqişəyə son qoymaq istəyiriksə, ədalətli həll yolu tapmalıyıq”-deyə, o bildirib. Koçaryan Ermənistanın baş naziri Nikol Paşinyanın yürütdüyü siyasəti kəskin tənqid edib: "Yeni hökumətin (Nikol

“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”. Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasındakı Rusiya sülhməramlı kontingentinin aprelin 5-nə olan fəaliyyəti ilə bağlı məlumatında bildirilir. “İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər. Atəşkəs bütün təmas xəttində müşahidə olunur. Rus
Yazı axını
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024