ABŞ-ın Türkiyəyə S-400-lərdən dolayı təzyiqləri heç bir nəticə verməyəcək.
Dalidag.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
“ABŞ-ın Türkiyəyə təzyiqləri dalana dirənib. Çünki Türkiyə güclü dövlət başçısına sahib müstəqil ölkədir. Rəcəb Tayyib Ərdoğan heç kimə onunla güc dili ilə danışmasına icazə verməz. Ona görə ki, bu, Türkiyəni alçatmaq cəhdidir və beynəlxalq aləmdə qəbuledilməzdir. Türkiyə hərbi potensialına görə NATO-nin ikinci ən güclü ölkəsidir. ABŞ-dan sonra müharibəyə ən hazırlıqlı dövlətdir”, - deyə Korotçenko bildirib.
Ekspert əlavə edib ki, hazırda Ankara S-400-lərin ikinci mərhələsinin satın almaq üçün Rusiya ilə danışıqlar aparır:
“ABŞ-ın bu danışıqları pozmaq cəhdləri şübhəsiz ki, uğursuzluğa düçar olacaq”.axar.az
Reklam
ABŞ-dan sonra ən güclü Türkiyədir - Korotçenko
07-04-2021 11:02

Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 07-04-2021 11:02
Baxış sayı: 3376Yazı axını
29 / 09 / 2026
29 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
26 / 09 / 2026
25 / 09 / 2026
24 / 09 / 2026
22 / 09 / 2026
22 / 09 / 2026
21 / 09 / 2026
20 / 09 / 2026
19 / 09 / 2026
Ən çox oxunanlar




























