BMT Rusiyanın Qarabağdakı minatəmizləmə işlərinə qatılmaq təklifinə cavab verməyib. Dalidag.az xəbər verir ki, bunu cümə günü “Zvezda” telekanlının efirində nümayiş olunan filmdə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib. “Noyabrda bütün bunlar baş verən kimi biz BMT-nin minaəleyhinə mərkəzinə dedik ki, gəlin. Orada eninə və uzununa hər yer minalanıb. Axı insanlar oraya qayıda bilmir. Kimsə gəldi? Hələ ki, yox”, - deyə general qeyd edib./modern.az Dalidag.az

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir. DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı rayon ərazisindəki tərk edilmiş hərbi mövqelərdən 118 minaatan mərmisi və 181 ədəd minaatan mərmisinə məxsus partladıcılar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Dalidag.az

İsrail, BƏƏ, Yunanıstan və Kipr xarici işlər nazirləri Cənubi Kiprdəki Pafos şəhərində görüşəcəklər. Dalidag.az xəbər verir ki, bu məlumatı İsrail mətbuatı yayıb. Görüş bu gün və sabah keçiriləcək. Bu, adıçəkilən ölkələrin XİN rəhbərlərinin belə formatda ilk görüşü olacaq. BƏƏ-nin XİN rəhbəri Abdulla ben Zayid əl-Nahyan görüşə onlayn qatılacaq, keçmiş XİN rəhbəri Ənvər Qarqaş isə görüşdə şəxsən iştirak edəcək. Ümumilikdə görüşdə əsas müzakirə mövzusu Şərqi Aralıq dənizi, Yaxın Şərq və Fars

Azərbaycan rəhbərliyi və ictimaiyyəti 44 günlük İkinci Qarabağ müharibəsi zamanı tətbiq edilən və qalıqları Şuşa ətrafında tapılan “İsgəndər-M” raketlərinin (9М723) Ermənistana necə gedib çıxdığı barədə Rusiyadan izahat gözləyir. Prezident İlham Əliyev son günlər bu barədə iki dəfə publik bəyanatlar səsləndirib, ADA Universitetində keçirilən beynəlxalq konfransda deyib ki, məsələni aprelin 1-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı qaldırıb, izahat istəyib. Habelə

Baş seperatçı Araik Aruyunyan barəsində cinayət işi açılıb. "Novosti-armeniya" xəbər verir ki, yaxın günlərdə Arutyunyan separatçı rejimin prokurorluğa ifadə vermək üçün dəvət ediləcək. Araik Arutyunyan konstitusiya quruluşunun devrilməsi ilə bağlı cinayət əməlində ittiham olunur. Onun barəsində qaldırılan cinayət işinə əsasən cinayəti sübuta yetirilərsə, separatçını 10 ildən 15 ilədək həbs cəzası gözləyir. Dalidag.az

Nəcəf bəyin Azərbaycan dramaturgiyasının formalaşmasında, inkişa-fında, zənginləşdirilməsində, milli teatrın yaradılmasında mühüm xidmətləri vardır. Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında “Müsibəti Fəxrəddin” əsəri ilə faciə janrının əsasını qoyan böyük bir ədibdir. Azərbay-can ədəbiyyatında maarifçilik hərəkatının genişlənməsində onun böyük xidmətləri olmuşdur. Nəcəf bəyin dünyagörüşünün inkişafında müəlllimi Həsən bəy Zərdabinin əziyyəti, mühüm istiqamətverici rolu danılmazdır. O, “Əti

"Bir neçə gündür ki, xəstəlikdən sonra həkim məsləhətinə uyğun olaraq saat 10.00 radələrində Ağ şəhər bulvarında gəzib, günəş şüaları qəbul edirəm. Dövlətin min bir əziyyətlə-xərclə başa gətirdiyi bu istirahət guşəsində çox təəssüflər olsun ki, demək olar ki, rahat gəzmək, hava qəbul etmək mümkün deyil. Yalan olmasın adamdan çox müxtəlif cinsli bahalı itlər sahibləri ilə birlikdə gəzir. Çox təəssüf ki, həmin itlər min bir əziyyətlə yaradılmış yaşıllıqları " batırır" və ən pisi belə itlərin

Onu (Rəcəb Tayyib Ərdoğan – red.) sakitləşdirməyin vaxtı gəlib. Şərqin yalanını göstərmək üçün təcili olaraq “Çingiz xandan Ərdoğana” adlı broşürlar buraxmaq lazımdır. Dalidag.az xəbər verir ki, bu sözləri Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski Ərdoğanın Krımla bağlı açıqlamasını şərh edərkən deyib. “Bir əlində gül, kökə verirlər, digər əldə isə xəncər, əyri xəncər (tiyəsi əyri qılınc tarixdə türk qılıncı kimi tanınır - red.)... Ərdoğan Liviya, Suriya, Azərbaycan

2020-ci il dekabrın 1-də işğaldan qurtulan Laçın rayonunun bir hissəsi, o cümlədən Laçın şəhəri Yuxarı Qarabağdan Ermənistana gediş-gəlişə ayrılan 5 kilometr enində zolağa düşür. Həmin zolağa Rusiya hərbçiləri nəzarət edir. Laçın dəhlizi adı almış yolun hansı kəndləri əhatə etdiyi rəsmən açıqlanmır. Dalidag.az xəbər verir ki, novator.az-ın əldə etdiyi bilgilərə görə, dəhlizdə Laçının altı kəndi yerləşir: Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabux. Yəni Rusiya hərbçiləri hazırda Laçın

Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün parlamentdəki çıxışında 44 günlük müharibə zamanı baş verən hadisələrdən tutmuş uğursuz əməliyyatlara qədər, bir çox mətləblərdən danışdı. Dalidag.az xəbər verir ki, Azərbaycan ictimaiyyəti üçün diqqətçəkici olan məsələlərdən biri də erməni baş nazirin Rusiya və Ermənistan arasında hərbi əməkdaşlığın genişlənməsi, Ermənistan ordusunun Rusiya Silahlı Qüvvələri tərəfindən modernləşdirilməsi, eyni zamanda Sünikdə 102-ci hərbi bazanın “dayaq
Yazı axını