Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Ağoyuq qəsəbəsindən videogörüntülər yayıb. Dalidag.az həmin görüntüləri təqdim edir.

On doqquz yaşlı Nurağa Tağıyev Vətən müharibəsinin 14-cü günü Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Dalidag.az AZƏRTAC-a istinadən bildirir ki, şəhid Nurağa Davud oğlu Tağıyev 2001-ci il aprelin 20-də Xaçmaz şəhərində dünyaya göz açıb. Ailənin sonbeşiyi, evin tək oğul övladı idi. Nurağa orta məktəbdə təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Cəsur əsgər Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Murovdağ istiqamətindəki döyüş mövqelərinin

"Deyilənə görə "Zəfər parkı"na giriş pulludur. 2 manata. Olsun, lap yaxşı. Ümidvaram ki,ən azından məktəblilər üçün pulsuz olacaq. Amma çox istərdim ki, buradan yığılan pullar "Yaşat" fonduna köçürülsün. Məncə bu mütləq, və vacibdir. Hətta çox istərdim ki, gələcəkdə Şuşa və Kəlbəcərə o cümlədən Ağdama da giriş (təbii ki, istirahətə gələnlər üçün) pullu olsun. Simvoluk- 50 qəp. 1 man və ya kim nə qədər istəsə. Niyə də yox?". Dalidag.az xəbər verir ki, bu barədə sabiq deputat Etibar Hüseynov

Keçmiş Baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfiri olmuş Eldar Həsənovun vəkilləri Prezident İlham Əliyevə açıq müraciət ünvanlayıb. Dalidag.az xəbər verir ki, vəkillər Cəlil Mirzəyev, Valeh Mehralıyev, Adəm Məmmədov və Cavad Cavadovun imzaladığı müraciətdə hazırda həbsdə olan sabiq Baş prokurorun səhhətinə diqqət çəkilib. “Mətbuat vasitəsi ilə Sizə müraciətimizin əsas məqsədi hüquqlarını müdafiə etdiyimiz Eldar Hümbət oğlu Həsənovun səhhətinin ciddi formada

Bu gün Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə-sərhəd komendantlığı xidməti-döyüş fəaliy­yə­tinə başlayıb. Dalidag.az -ın xəbərinə görə, Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib ki, bununla əlaqədar təşkil olunan mərasimdə DSX-nin rəisinin müavini, general-leytenant İlham Mehdiyev çıxış edərək yeni hərbi hissə­nin fəaliyyətə başlaması mü­nasibətilə DSX-nin rəisi, general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb. Çıxışda

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə səfərdə olan Ukrayna Baş nazirinin müavini, Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərindəki Məsələlər üzrə nazir Aleksey Reznikovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Azərbaycanda qaçqınlıq və məcburi köçkünlük problemini yaradan amil kimi Ermənistanın hərbi təcavüzünün və işğalçılıq siyasətinin nəticələri, öz daimi yaşayış yerini itirən və otuz ilə yaxın

Bu ilin fevral ayında 30-u professor olmaqla 100-dən çox alim, incəsənət xadimi, ümumilikdə mindən artıq ziyalı Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyevaya müraciət edərək Bakının əcnəbi dillərin “işğalından” azad edilməsinə yardım etməsini xahiş etmişdi. Həmin müraciət Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib. Amma Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin əməkdaşlarından ibarət komissiya problemin

Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan hələ 2018-ci ildə Baş nazir Nikol Paşinyana Qarabağda torpaqları geri qaytarmağı təklif edib. "Sputnik Armenia"nın verdiyi xəbərə görə, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. "Birinci prezidentin 2018-ci ilin iyulunda mənimlə görüşündə dedikləri sirri açacağam. Sitat gətrirəm: "Torpaqlar artıq verməlisən". Nəyin qarşılığında? Niyə? Necə? Hər halda eks-prezidentin həmin gün formalaşmış təsəvvürü bu

Son iki gündür bir çoxları onun hazırladığı maketlərdən danışır. Dalidag.az xəbər verir ki, ötən gün açılışı olan Hərbi Qənimətlər Parkında sərgilənən Qarabağa zəfər yolunu açan xüsusi təyinatlı qüvvələrimizin, eləcə də Azərbaycan əsgəri qarşısında əzilən erməni zabit və əsgərlərin maketlərini heykəltəraş Rəşid Məhərrəmov hazırlayıb. O, hazırladığı bu maketlərlə bağlı "Xəzər Xəbər"ə danışıb. Onun sözlərinə görə, təklif gəldikdən sonra 3 aya yaxın bir müddətdə bu maketlərin üzərində çalışıb.

2018-ci ildə Azərbaycandan Yerevana 211 milyon dolların köçürülməsi barədə yayılan məlumatlar Ermənistanda növbəti siyasi qalmaqala səbəb olub. Dalidag.az virtualaz.org-a istinadla xəbər verir ki, "İşıqlı Ermənistan” parlament fraksiyasından olan deputat Armen Yegiazaryan bəyan edib ki, o, Milli Təhlükəsizlik Xidmətindən (MTX) onların, 2018-ci ildə 211 milyon dolların Azərbaycandan Ermənistana köçürülməsi ilə heç bir əlaqəsinin olmadığı barədə cavab alıb. "Bir neçə gün bundan əvvəl mən Dünya
Yazı axını