Ermənistanda Qarabağdakı məğlubiyyətdən sonra başlayan siyasi, iqtisadi, hərbi və sosial dalğalanmalar davam edir. Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan respublikanın prezidenti Armen Sarkisyanın Britaniyanın agenti olduğunu bildirib. Bu barədə “Türkiye Gazetesi” xəbər yayıb. Bildirilir ki, 53 erməni hüquqşünas ölkə prezidentini Böyük Britaniya vətəndaşlığına malik olmaqda və erməni xalqından bəzi şəxsi məlumatları gizlətməkdə ittiham edərək Ermənistanın Baş Prokurorluğuna şikayət

“Rəsmi Bakı “DQR” ərazisində səlahiyyətindən istifadə edə bilmir. Orada “yerli səlahiyyətli orqanlar” fəaliyyət göstərir və Azərbaycan bu ərazidə heç bir prosesə nəzarət etmir. Bu problem 2 həftə ərzində həll edilə bilməz, ancaq bunu müzakirə etmək və ya bunun üçün bir formata sahib olmaq həqiqətən lazımdır. Gec-tez bunu etmək lazım gələcək”. Dalidag.az xəbər verir ki, bunu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitu (MQİMO – MDBMİ) Avrasiya Araşdırmalar Mərkəzinin baş elmi işçisi Vadim

Müdafiə Nazirliyi Zəngilan rayonunun Sarıqışlaq kəndindən görüntülər yayıb. Dalidag.az həmin görüntüləri təqdim edir:

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə bir qrup media nümayəndələrinin işğaldan azad edilmiş Cəbrayıl və Qubadlı rayonlarına növbəti səfəri başlayıb. Dalidag.az-ın report-a istinadən xəbərinə görə, ETSN-nin mətbuat katibi İradə İbrahimova jurnalistlərə açıqlamasında bildirib ki, tədbir iştiralkçıları əvvəlcə Cəbrayıl rayonunun Böyük Mərcanlı və Əmirvarlı kəndlərində məhv edilmiş yaşıllıq sahələrinə baxış keçirəcəklər. O qeyd edib ki, daha sonra erməni

Ermənistanda ikinci Qarabağ müharibəsində itkin düşmüş hərbçilərin valideynləri baş nazir Nikol Paşinyanla görüşdən narazı qalıblar. Dalidag.az xəbər verir ki, bu barədə News.am məlumat yayıb. Qeyd edilir ki, valideynlərin bir hissəsi görüşü yarımçıq tərk ediblər. Bəziləri isə hökumət binasında qalaraq baş nazirlə danışıqları davam etdiriblər. “Yeddi aydır cavab vermirlər. Ora-bura, DNT mərkəzinə göndərirlər. Heç kim valideynlərə həqiqəti söyləmir. Onlara danışmaq asandır, uşaqları yanındadır”,

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb. Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kimi səciyyələndirdiyi Azərbaycan-Türkiyə münasibətlərinin xalqlarımızın mənafeyinə tam uyğun olduğunu, Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq əlaqələrinin ölkələrimizə böyük fayda gətirdiyini vurğulayan komitə sədri

Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşotun müharibədə mühasirədən çıxarılması üçün 40-dan çox qurban verilib. Dalidag.az xəbər verir ki, Ermənistan mediası 44 günlük müharibənin yeni detallarını açıqlamağa davam edirlər. Bu detallardan biri də Paşinyanın oğlu ilə bağlıdır. Belə ki, 2020-ci ilin oktyabr ayının əvvəlində Aşotun döyüşlərdə iştirak etdiyi görüntülərin erməni ictimaiyyətinə təqdim edilməsi, "baş nazirin oğlu da döyüşür" təbliğatının aparılması qərarı verilib. Bu təbliğat

Ermənistanın sosial mediasında qalmaqallı xəbərləri ilə tanınan Qaqik Soqomonyan adlı bloger yeni sensasion məlumat yayıb. Dalidag.az xəbər verir ki, Soqomonyan Qarabağ terrorçularının rəhbəri Araik Arutunyanın aprelin 9-u axşam saat 22:00-23:00 aralığında Şuşa şəhərinə gəldiyini yazıb. O, Arutunyanın Şuşada Azərbaycan Ordusunun yüksək çinli zabitləri ilə danışıqlar apardığını qeyd edib. Danışıqlar zamanı sülhməramlı missiyanın nəzarət etdiyi Xocalı şəhərinə azərbaycanlı məcburi köçkünlərin

Son günlərdə toy ad günü və bu kimi digər kütləvi tədbirlərin keçirilməsi ilə bağli DIN–in reydləri davam edir. Dalidag.az Real TV-yə istinadən xəbər verir ki, ötən həftə ərzində də belə halların sayı az olmayıb. Yaranmış vəziyyətlə bağlı DİN-in Şöbə rəisi Elşad Hacıyev bir daha əhalini diqqətli olmağa çağırıb. Dalidag.az

Xankəndidə ermənilər tərəfindən satışa çıxarılan evlərin qiyməti sürətlə ucuzlaşır. Dalidag.az yenisabah.az-a istinadən xəbər verir ki, bir neçə ay əvvəl satışa çıxarılan evlərlə hazırda satışa çıxarlan evlərin qiyməti arasında 10% fərq var. “List.am” saytında yerləşdirilən elanlardan açıq şəkildə görmək olur ki, Xankəndidəki mənzillərin qiymətində kəskin ucuzlaşma var. Dekabr ayında satışa çıxarılan 3 otaqlı mənzil 45 min dollara təklif olunurdusa, hazırda 41 min dollara təklif edilir. 2
Yazı axını