Reklam
Aşotun “döyüş filmi": 40-dan çox erməni qurban verildi - Video
12-04-2021 16:55
Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşotun müharibədə mühasirədən çıxarılması üçün 40-dan çox qurban verilib.Dalidag.az xəbər verir ki, Ermənistan mediası 44 günlük müharibənin yeni detallarını açıqlamağa davam edirlər.
Bu detallardan biri də Paşinyanın oğlu ilə bağlıdır. Belə ki, 2020-ci ilin oktyabr ayının əvvəlində Aşotun döyüşlərdə iştirak etdiyi görüntülərin erməni ictimaiyyətinə təqdim edilməsi, "baş nazirin oğlu da döyüşür" təbliğatının aparılması qərarı verilib.
Bu təbliğat planı Paşinyanın arvadı Anna Akopyan tərəfindən hazırlanıb, icrası yüksək texnologiyalar naziri Akop Arşakyana tapşırılıb. Plana görə, Aşotun Cəbrayılda təhlükəsiz məsafədən döyüşlərə qatılması təşkil olunmalı, bunun kadrları çəkilməli imiş. İrəvandan xüsusi çəkiliş qrupu Cəbrayıla göndərilib, lakin Azərbaycan Ordusunun Cəbrayılı azad etməsi planı alt-üst edir.
Daha sonra Aşotun “döyüş filminin” Zəngilan istiqamətində çəkilməsi qərarı verilib. Lakin ordumuzun sürətlə irəliləməsi Aşotun bir qrup hərbçi ilə mühasirəyə düşməsi ilə nəticələnib.
Onların mühasirədən çıxarılması üçün keçirilən əməliyyat zamanı 40-dan çox əsgər və zabit qurban verilib. Sonda Aşotu Gorusa apara biliblər./publika.az
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 12-04-2021 16:55
Baxış sayı: 4256Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























