Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Tibb Universitetinin 90 illiyi münasibətilə Azərbaycanda tibb elminin və təhsilinin inkişafında xidmətlərinə görə Azərbaycan Tibb Universitetinin bir sıra əməkdaşına Azərbaycan Respublikasının fəxri adları verilib. Dalidag.az xəbər verir ki, əslən Kəlbəcərdən olan ATU-nun Cərrahi xəstəliklər kafedrasının dosenti Malik Əvəz oğlu Şükürov fəxri ad

Kəlbəcər rayonunda həmişə təhsilə böyük diqqət və qayğı olmuşdur. Bu səbəbdən də respublikamızda Kəlbəcər rayonunda təhsil almış ziyalılarımizin xüsusi çəkisi vardır. Təhsilə qayğı ənənələri iyirmi səkkiz illik məcburi köçkünlük dövründə də davam etdirilmişdir. Respublikamızın, demək olar ki, bütün rayonlarında fəaliyyət göstərən məcburi köçkün məktəblərə Kəlbəcər rayon təhsil şöbəsi vahid mərkəzdən rəhbərlik edərək məktəblərdə təhsilin səviyyəsinin yüksəldilməsi üçün vaxtlı-vaxtında lazımi

Azərbaycan DTX-sinın dekabrda yaxaladığı erməni terrorçuların yaxınları Şirak əyalətində yolu bağlayıb. Erməni mediası xəbər verir ki, aksiyaçılar Gümrü-İrəvan, o cümlədən Aşotsk və Vanadzor yolunu bloklayıblar. Onlar bildiriblər ki, tələbləri birdir: doğmalarının geri qaytarılması. Qeyd edək ki, 10 noyabr bəyanatından sonra Şirakdan Azərbaycanın Qarabağ bölgəsinə gələn erməni silahlıları DTX-nın antiterror əməliyyatı nəticəsində ələ keçiriliblər. Nazirliyin qarşısında etirazçıların toplaşması

Şuşa türməsi sovetlər birliyinin ən qatı cinayətkarlarının islah olunduğu həbsxanalardan biri olub. Azərbaycanlı və erməni məhkumların birlikdə saxlanıldığı türmə haqqında saysız-hesabsız rəvayətlər və faktlar var. Məsələn, Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanı qapıda gözlədən, azərbaycanlı məhbusları Şuşa döyüşlərində iştirak üçün azad edən türmənin son rəisi Aydın Abbasov 29 il sonra ilk dəfə efir məkanında məşhur türmənin sirlərini açıb. Şuşa türməsində etnik qarşıdurma yaratmaq

31 oktyabr 2017-ci ildə Azərbaycan və Türkiyə Respublikaları arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında imzalanmıış Saziş bu il aprel ayının 5-də Türkiyə Prezidenti tərəfindən təsdiqlənib. Saziş hər iki ölkənin müdafiə sənayesi nazirlikləri arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur və bu məqsədlə Sazişdə nəzərdə tutulmuş Birgə Komissiyaının yaradılmasına başlanıb. Birgə Komissiyanın fəaliyyəti iki qardaş ölkənin müdafiə sənayeləri arasında iş birliyi ilə
Yazı axını