Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı YENİ MƏRHƏLƏDƏ

09-04-2021 10:29
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı YENİ MƏRHƏLƏDƏ
31 oktyabr 2017-ci ildə Azərbaycan və Türkiyə Respublikaları arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında imzalanmıış Saziş bu il aprel ayının 5-də Türkiyə Prezidenti tərəfindən təsdiqlənib. Saziş hər iki ölkənin müdafiə sənayesi nazirlikləri arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur və bu məqsədlə Sazişdə nəzərdə tutulmuş Birgə Komissiyaının yaradılmasına başlanıb.
Birgə Komissiyanın fəaliyyəti iki qardaş ölkənin müdafiə sənayeləri arasında iş birliyi ilə bağlı bütün məsələləri, o cümlədən hərbi texnika, silah və sursatların birgə istehsalı və satışı, hərbi texnologiyaların təkmilləşdirilməsi istiqamətində birgə tədqiqat işlərinin aparılması kimi əməkdaşlıq sahələrini əhatə edəcək.
Açıq və gizli hərbi əməkdaşlıq edən, qanuni və qeyri-qanuni silah ticarəti həyata keçirən Ermənistan-Rusiya hərbi əməkdaşlığından fərqli olaraq Türkiyə ilə Azərbaycan arasında mövcud hərbi əməkdaşlığın bütün parametrləri bütün dünya üçün açıqdır. Türkiyə və Azərbaycan arasında bütün istiqamətlərdə daim dərinləşən əməkdaşlıq dövlətlərin qəbul etdiyi birgə qərarlara və beynəlxalq qanunlara əsaslanır.
NATO-nun ikinci ən güclü ordusu kimi tanınan Türkiyə Silahlı Qüvvələri müasir texnologiyalar əsasında hazırlanmış silahlara və müasir döyüş texnologiyalarına yiyələnmiş yenilməz bir ordudur. Azərbaycan Ordusu isə beynəlxalq reytinq agentliklərinin açıqladığı hesabatlara görə texniki təchizah və hərbi döyüş qabiliyyətinə görə dünyanın ən güclü 50 ordusu sırasında yer alır. 44 günlük müharibə nəticəsində 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad olunması Milli Ordumuzun yüksək döyüş qabiliiyyətini və peşəkar bacarıqlarını bütün dünyaya, xüsusilə düşmənlərimizə və onları dəstəkləyən havadarlarına bir daha göstərdi.

Azərbaycan Prezidenti İlham Əliyevin Milli Ordumuzun Türkiyə ordusunun modeli əsasında yenidən qurulması təşəbbüsü çağdaş dövrün çağırışlarına və Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılmasına hədəflənən ordu quruculuğu strategiyasıdır. Bu strategiyanın uğurla həyata keçirilməsi Azərbaycan Ordusunun hərbi-texniki göstəricilərini daha yüksək səviyyəyə qaldırılmasını təmin edəcək və ölkəmizin müdafiə qabiliyyətini qat-qat artıracaq. Türkiyə hərbi sənayesi ilə milli hərbi sənayemizin birgə əməkdaşlığı qarşıya qoyulan məqsədlərə nail olunmasına mühüm töhfələr verəcək.

Cavanşir Feyziyev



Kateqoriya: Sosium
Tarix: 09-04-2021 10:29
Baxış sayı: 3929
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını