Reklam
Kəlbəcər rayon təhsil işçiləri “Yubiley döş nişanı” ilə təltif olunub
09-04-2021 16:57

Kəlbəcər rayonunda həmişə təhsilə böyük diqqət və qayğı olmuşdur. Bu səbəbdən də respublikamızda Kəlbəcər rayonunda təhsil almış ziyalılarımizin xüsusi çəkisi vardır. Təhsilə qayğı ənənələri iyirmi səkkiz illik məcburi köçkünlük dövründə də davam etdirilmişdir. Respublikamızın, demək olar ki, bütün rayonlarında fəaliyyət göstərən məcburi köçkün məktəblərə Kəlbəcər rayon təhsil şöbəsi vahid mərkəzdən rəhbərlik edərək məktəblərdə təhsilin səviyyəsinin yüksəldilməsi üçün vaxtlı-vaxtında lazımi tədbirlər görür.
Bu günlərdə təhsil sahəsində həmkarlar hərəkatının yaranmasınin 100 illiyi münasibəti ilə ATAİHİ Respublika Komitəsinin sədri Səttar Mehbalıyevin imzası ilə Respublikamızın bir sıra təhsil işçiləri, o cümlədən Kəlbəcər rayon təhsil işçiləri “Yubiley döş nişanı” ilə təltif olunmuşlar. Təltifləri ATAİHİ Kəlbəcər rayon komitəsinin sədri Məhyəddin Abdurəhimov və aparıcı mütəxəssis Bəylər Əliyev təltif olunan müəllimlərə təqdim etmişlər. Məhyəddin Abdurəhimov təqdimat mərasimində bildirmişdir ki, Kəlbəcər rayonu üzrə qırx beş məktəbin ilk həmkarlar təşkilatınin sədrləri və fəal həmkarlar ittifaqı üzvləri “Yubiley döş nişanı” ilə təltif edilmişdir.
Oqtay SALAHLI
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 09-04-2021 16:57
Baxış sayı: 3938Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar



























