Reklam
Kəlbəcərli həkimə fəxri ad verildi - Şəkil
09-04-2021 18:30

Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Tibb Universitetinin 90 illiyi münasibətilə Azərbaycanda tibb elminin və təhsilinin inkişafında xidmətlərinə görə Azərbaycan Tibb Universitetinin bir sıra əməkdaşına Azərbaycan Respublikasının fəxri adları verilib.
Dalidag.az xəbər verir ki, əslən Kəlbəcərdən olan ATU-nun Cərrahi xəstəliklər kafedrasının dosenti Malik Əvəz oğlu Şükürov fəxri ad alanların sırasında yer alıb. Dosent “Əməkdar həkim” fəxri adına layiq görülüb.
Qeyd edək ki, M. Şükürov 1993-1995-ci illərdə Kəlbəcər rayon icra hakimiyyəti başçısının müavini, sonra isə Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı vəzifəsində fəaliyyət göstərmiş Əvəz Şükürovun oğlu, Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun qardaşıdır.
Dalidag.az

Kateqoriya: Kəlbəcər
Tarix: 09-04-2021 18:30
Baxış sayı: 3492Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























