Aprel ayının 18-də tanınmış şair Xəqani Həbiboğlunun 55 yaşı tamam olur. Dalidag.az xəbər verir ki, bu münasibətlə "Orxan" Nəşriyyat və Poliqrafiya müəssisəsi bir ilkə imza atıb. Belə ki, nəşriyyat Cəfər Əzizoğlunun rəhbərliyi ilə şairin 55 şeirindən və Xəqani Həbiboğlu haqqında 55 rəydən ibarət kitabı nəfis şəkildə çap edib. Müəllifin sayca səkkizinci kitabı olan "55 Bənövşə" adlı kitabda Vera Xorvat, Elka Nyaqolova, Marlena Zanger, Radomir Andriç, Məmməd Aslan, Əlövsət Ağalarov, Zəlimxan

"Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhurlaşan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir. Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs Türkiyə teatr və kinosunun ən məşhur simalarından biri olub. Muəmmər Qaraca – türkiyəli teatr və kino aktyoru. Türk teatrının unudulmaz tamaşalarından biri olan "Cibali Polis Bölməsi”nin müəllifi və "Muəmmər Qaraca” Teatrının qurucusudur. Muəmmər Qaraca

BMT Rusiyanın Qarabağdakı minatəmizləmə işlərinə qatılmaq təklifinə cavab verməyib. Dalidag.az xəbər verir ki, bunu cümə günü “Zvezda” telekanlının efirində nümayiş olunan filmdə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib. “Noyabrda bütün bunlar baş verən kimi biz BMT-nin minaəleyhinə mərkəzinə dedik ki, gəlin. Orada eninə və uzununa hər yer minalanıb. Axı insanlar oraya qayıda bilmir. Kimsə gəldi? Hələ ki, yox”, - deyə general qeyd edib./modern.az Dalidag.az

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir. DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı rayon ərazisindəki tərk edilmiş hərbi mövqelərdən 118 minaatan mərmisi və 181 ədəd minaatan mərmisinə məxsus partladıcılar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Dalidag.az
Yazı axını