28 il əvvəl ötən gecə. Doğma kəndimizi, ev-eşiyimizi tərk etdiyimiz 3-cü gecə idi. Əvvəlki üç gün iki gecəni Kəlbəcərdən Xanlar (Göygöl) rayonunun Toğanalı kəndinə qədər yol gəlmişdik. Piyada. Qocalar belimizdə, körpələr qucağımızda... Aprelin 3-də axşama yaxın Murovu aşıb Toğanalı kəndinin yuxarısındakı çöllük əraziyə çatdıq. Üç atımız vardı, əmimin tövsiyəsi ilə burada atları buraxıb palanını özümüzlə götürdük. Ailəmiz böyük idi - anam, 5 qardaş, 2 bacı, 2 gəlin və qardaşlarımın 3 azyaşlı

İki ölkə (Rusiya-Ermənistan) arasında artan hərbi müdafiə yaxınlığının əlamətləri, ortaq bir hərbi qrup yaratmaq (hətta ordunu birləşdirmək) fikrinin ilk dəfə mediada ortaya çıxdığı barədə iddialar ən azı 2020-ci ilin iyun ayına gedib çıxır. O dövrdə bu müzakirələr onsuz da Azərbaycanın potensial hərbi eskalasiya istiqamətində mühüm addımlar atacağına işarə edirdi ki, bu da Tovuza hücumdan sonra baş verdi. Dalidag.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında amerikalı analitik İrina

...Murovdağdan söz düşəndə, adamın 28 il öncə kəlbəcərlilərin min bir zülmlə aşıb gəldiyi günlər kino lenti kimi gəlir göz önünə. Murovdağdan o üz Kəlbəcərdi. 28 il idi ki, doğmalarının yolunu gözləyən, 28 bahara, qışa tamarzı qalan Kəlbəcərdə bu il kəlbəcərlilər (hələlik, rəsmi idarələrin işçiləri olsa da) ocaq qalayır, çörək bişirirlər. Murovdağın azad edilməsi asan başa gəlməyib. 27 il idi ki, ermənilər Murovdağın zirvələrini işğal altında saxlamışdı. Bu üzdə Toğana kəndindən yuxarıdakı

Tarix şərəfli qələbələr və unudulmaz uğurlarla doludur. Lakin bu, tarixin yalnız məlum və görkəmli simasıdır. Keçmişdə bəşəriyyət üçün dəhşətli və utandırıcı şeylər də edilib. Bu utancverici hadisələrin ən böyük nümunəsi tarix boyu edilən dəhşətli təcrübələrdir. Bu səbəbdən tarixin və elmin məktəblərdə izah olunmayan qaranlıq tərəfini göstərmək istədik. Dalidag.az musavat.com-a istinadla tarixdəki dəhşətli təcrübələr haqqında faktları təqdim edir. 1. Ölümcül və dəhşətli təcrübələr həyata

Rusiya sülhməramlı kontingentinin Humanitar Minalardan Təmizləmə Agentliyinin heyəti Qarabağ ərazisini partlayıcı obyektlərdən təmizləməyə davam edir. Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Məlumat və Kütləvi Kommunikasiya Departamenti bildirib. Qeyd edilib ki, 23 noyabr 2020-ci ildən bəri minaların təmizlənməsi işləri zamanı 1873 hektar ərazi, 575 kilometr yol, 1658 yaşayış binası (30 sosial əhəmiyyətli obyekt daxil olmaqla) partlamamış hərbi sursatlardan
Yazı axını