“Azərbaycan bu ərazidə heç bir prosesə nəzarət etmir, bu problem 2 həftə ərzində...” - Rusiyalı ekspert
13-04-2021 19:45
Dalidag.az xəbər verir ki, bunu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitu (MQİMO – MDBMİ) Avrasiya Araşdırmalar Mərkəzinin baş elmi işçisi Vadim Muxanov bildirib.
Ekspertin sözlərinə görə, digər bir problem mövcud vəziyyətdə Ermənistan cəmiyyətinin İrəvanla Bakı arasında mövcud bəyanata düşmən münasibət göstərməsidir və buna görə yeni müqavilənin müzakirəsi sual altındadır.
Vadim Muxanov qeyd edib ki, hazırkı vəziyyətdə İrəvan çox şeyə arxalana bilməz. “Ermənistan hakimiyyətinin başqa bir sazişə razı olacağını söyləmək çox məntiqli deyil. Ermənistan Baş naziri Nikol Paşinyan onsuz da siyasi rəqiblərinin hücumunu çətinliklə saxlayır, onsuz da erkən seçki təyin etməli idi, amma üstündə oturduğu kürsü hələ də laxlayır. Odur ki, indi İrəvan Bakı ilə heç bir sazişə razı olmayacaq”.
“Azərbaycan tərəfini, Ermənistanla razılaşma kontekstində, ehtimal ki, “DQR” statusunun yoxluğu da daxil olmaqla, Qarabağ məsələsində bütün məqamlara nöqtə qoyulması maraqlandırır. Yəqin ki, sülh sazişi mövzusunun təbliği yalnız erməni tərəfini qızışdıracaq. Ermənistandakı siyasətçilərin heç biri belə bir saziş bağlamaq üçün gələcəyini riskə atmayacaq”, - deyə ekspert vurğulayıb./yenisabah.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 13-04-2021 19:45
Baxış sayı: 4272Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)



















