Reklam
Ermənistanın keçmiş baş naziri: “Armen Sarkisyan Britaniya agentidir”
13-04-2021 20:56
Ermənistanda Qarabağdakı məğlubiyyətdən sonra başlayan siyasi, iqtisadi, hərbi və sosial dalğalanmalar davam edir. Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan respublikanın prezidenti Armen Sarkisyanın Britaniyanın agenti olduğunu bildirib.
Bu barədə “Türkiye Gazetesi” xəbər yayıb.Bildirilir ki, 53 erməni hüquqşünas ölkə prezidentini Böyük Britaniya vətəndaşlığına malik olmaqda və erməni xalqından bəzi şəxsi məlumatları gizlətməkdə ittiham edərək Ermənistanın Baş Prokurorluğuna şikayət veriblər.
Bu mövzuda fikirlərini bölüşən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan prezidenti Armen Sarkisyandan danışıb:
“Uzun illər Böyük Britaniyada yaşayıb. Britaniya kraliçası yanında xüsusi mövqeyi var. Böyük Britaniyaya sadiqdir və Birminqem Sarayında önəmli bir yer tutur”.
Zülfüqarov qeyd edib ki, Sarkisyan Ermənistanda ikili vətəndaşlıq faktını erməni xalqından gizlətməkdə ittiham olunur. O, həmçinin Londonun Sarkisyanı beynəlxalq aləmdə açıq və qətiyyətlə dəstəklədiyini vurğulayıb.
1993-1996-cı illərdə Ermənistanın baş naziri olmuş “Azadlıq” Partiyasının sədri Hrant Baqratyan Sarkisyanı “MI6 agenti” adlandırıb. Baqratyan Sarkisyanı Böyük Britaniyanın maraqlarına xidmət etməkdə, erməni xalqına xəyanət etməkdə günahlandırıb və təhlükəli antikonstitusion oyunlar oynadığını söyləyib.
53 erməni vəkili Sarkisyana qarşı analoji əsaslarla cinayət işinin başlanmasını istəyib./oxu.az
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 13-04-2021 20:56
Baxış sayı: 3256Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























