Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı aprel döyüşlərindən beş il ötür. Dalidag.az-ın xəbərinə görə, 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu

“Bayraqdar TB2” pilotsuz uçuş aparatının istehsalçısı “Baykar” qrupuna daxil olan “Baykar Defence” şirkəti Rusiyanın Nijni Novqorod şəhərində fəaliyyət göstərən şirkətlə əməkdaşlıq anlaşması imzalayıb. Dalidag.az Baku TV-yə istinadən xəbər verir ki, Rusiyada istehsal ediləcək “Bayraqdar TB2” hazırda Yaroslov şəhərindəki “Luç konstruktor” bürosunun layihəsi olan "Korsar" döyüş PUA-sına alternativ sayılır. Maraqlıdır ki, “Bayraqdar TB2” PUA-sının Rusiyada istehsalı ilə bağlı anlaşma 2020-ci ilin

Prezident İlham Əliyev "İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında" sərəncam imzalayıb. Dalidag.az xəbər verir ki, sərəncam işğaldan azad edilmiş ərazilərdə hərbi prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkilini təmin etmək məqsədi daşıyır. Sərəncamla aşağıdakı hərbi prokurorluqlar yaradılır: Qubadlı Hərbi Prokurorluğu; Kəlbəcər Hərbi Prokurorluğu; Qarabağ Hərbi Prokurorluğunun əsasında Ağdam Hərbi Prokurorluğu. Nazirlər Kabineti Qubadlı

Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır. Dalidag.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani

Ermənistan Baş qərərgah rəisi Artak Davtyan Qarabağda yerləşdirilən Rusiya sülhməramlı kontingentinin rəhbəri general-leytenant Rüstəm Muradovu qəbul edən zaman Rusiya bayrağına hörmətsizlik edilib. Dalidag.az xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı şəkil yayılıb. Görüntülərdən bəlli olur ki, Rusiya bayrağında zolaqlar ağ-göy-qırmızı olduğu halda, masaya bayraq tərsinə qoyulub.

“Azərbaycan Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə çıxışı zamanı qədim Azərbaycan torpağı Zəngəzurun indi türk dünyasının birləşməsi rolunu oynayacağını bildirib. Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq”. Bunu deputat Vüqar Bayramov sosial şəbəkədə ötən gün sözügedən onlayn iclasa münasibət bildirərkən deyib. “Burada söhbət 1.1 tirlyon

Ötən il dekabrın 10-da Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 25 fevral 2020-ci il tarixində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlar hər iki tərəfdən yerinə yetirilib və protokol bu gündən qüvvəyə minir. Dalidag.az xəbər verir ki, bu
Yazı axını