Reklam

Kəlbəcərdə hərbi prokurorluq yaradılır - Sərəncam
01-04-2021 19:42

Dalidag.az xəbər verir ki, sərəncam işğaldan azad edilmiş ərazilərdə hərbi prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkilini təmin etmək məqsədi daşıyır.
Sərəncamla aşağıdakı hərbi prokurorluqlar yaradılır:
Qubadlı Hərbi Prokurorluğu;
Kəlbəcər Hərbi Prokurorluğu;
Qarabağ Hərbi Prokurorluğunun əsasında Ağdam Hərbi Prokurorluğu.
Nazirlər Kabineti Qubadlı Hərbi Prokurorluğu, Kəlbəcər Hərbi Prokurorluğu və Ağdam Hərbi Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumların müvafiq olaraq Qubadlı, Kəlbəcər və Ağdam şəhərlərində bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədilə tədbirlər görməli, sərəncamda nəzərdə tutulmuş hərbi prokurorluqların yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddinin artırılmasına dair təkliflərini iki ay müddətində Prezidentə təqdim etməli, Füzuli Hərbi Prokurorluğunun Füzuli şəhərində fəaliyyətinin təşkili üçün onun bina, avadanlıq, rabitə və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədilə tədbirlər görməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Dalidag.az



Yazı axını
07 / 08 / 2025
06 / 08 / 2025
05 / 08 / 2025
04 / 08 / 2025
04 / 08 / 2025
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
30 / 07 / 2025
30 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
28 / 07 / 2025
28 / 07 / 2025
27 / 07 / 2025
27 / 07 / 2025
26 / 07 / 2025
26 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
Ən çox oxunanlar
01-08-2025 13:57
