Reklam
Eks deputatdan təklif: Şuşaya, Ağdama, Kəlbəcərə giriş pullu olsun!
14-04-2021 19:30

"Deyilənə görə "Zəfər parkı"na giriş pulludur. 2 manata. Olsun, lap yaxşı. Ümidvaram ki,ən azından məktəblilər üçün pulsuz olacaq. Amma çox istərdim ki, buradan yığılan pullar "Yaşat" fonduna köçürülsün. Məncə bu mütləq, və vacibdir. Hətta çox istərdim ki, gələcəkdə Şuşa və Kəlbəcərə o cümlədən Ağdama da giriş (təbii ki, istirahətə gələnlər üçün) pullu olsun. Simvoluk- 50 qəp. 1 man və ya kim nə qədər istəsə. Niyə də yox?".
Dalidag.az xəbər verir ki, bu barədə sabiq deputat Etibar Hüseynov "Facebook" hesabında yazıb.
Onun sözlərinə görə, bu gün ölkə boyu az qala bütün şəlalə, göl və sair pullu edilib ki, bura filankəs pul qoyub, əziyyət çəkib:
"İndi istirahət üçün getdiyin həmin məkanlar üçün insanlarımız can qoyub, qan töküb. Onların özlərinə və ya ailələrinə azacıq yardım payımızı vermək niyə də olmasın? Amma yenə də "Yaşat fondu"na yığılmaq şərtilə. Elə bilirəm ki, bu hamının ürəyincə olar. Hər kəsə istirahətdən əlavə ruhən və mənən bir rahatlıq da gətirər".
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 14-04-2021 19:30
Baxış sayı: 3330Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























