Reklam
Eldar Həsənovun vəziyyəti pisləşdi, Prezidentə müraciət edildi
14-04-2021 18:35
Dalidag.az xəbər verir ki, vəkillər Cəlil Mirzəyev, Valeh Mehralıyev, Adəm Məmmədov və Cavad Cavadovun imzaladığı müraciətdə hazırda həbsdə olan sabiq Baş prokurorun səhhətinə diqqət çəkilib.
“Mətbuat vasitəsi ilə Sizə müraciətimizin əsas məqsədi hüquqlarını müdafiə etdiyimiz Eldar Hümbət oğlu Həsənovun səhhətinin ciddi formada ağırlaşması və həyatına təhlükə yarandığı üçün təcili tibbi müdaxilənin aparılması ilə bağlıdır.
Artıq iki aya yaxındır ki, müayinə və tibbi yardım üçün müxtəlif xəstəxanalardan ixtisaslaşmış həkimlərin E.Həsənovun saxlanıldığı istintaq təcridxanasına dəvət olunması barədə verilmiş vəsatətlərə, müraciətlərə Baş Prokurorluğun istintaq qrupu tərəfindən Konstitusiyaya, humanizm prinsiplərinə, beynəlxalq hüququn normalarına zidd olaraq icazə verilməmişdir.
Həmçinin son 6 ay ərzində dəfələrlə E.Həsənovun həbs qətimkan tədbirinin dəyişilməsi və Bakı şəhərində ixtisaslaşmış xəstəxanalarda cərrahi əməliyyatlar keçirilməsinə dair verilmis vəsatətlər, şikayətlər heç bir qanuni əsaslar gətirilmədən rədd edilmişdir.
Son 6 ildə 7 ağır cərrahi əməliyyat keçirən, hazırda onurğa problemlərindən iflic ərəfəsində olan, dəhşətli ağrılar yaşayan, davamlı ürək ağrıları ilə müşaiyət olunan şəkərli diabet, xüsusi risk qrupuna aid olan 66 yaşlı Eldar Həsənov Prokurorluğun istintaq qrupunun ona qarşı digər qanunsuzluqlarla yanaşı, bu cür qeyri-insani münasibətini onun səhhətinə, sağlamlığına, yaşamaq hüququna yönəlmiş bir qəsd kimi qiymətləndirir.
Eldar Həsənovun hazırda gündəlik qəbul etdiyi dərmanlara nəzər yetirilsə, onun səhhətinin hansı vəziyyətdə olması əyani olaraq görünəcək”, - vəkillər qeyd edib.
Müraciətdə E.Həsənovun qəbul etdiyi dərmanların siyahısı da verilib:
“Şəkərli-diabet üçün: 1. Janumet – 1 t x 2 dənə (səhər, axşam), 2. Jardiance - 1 t x 2 dənə.
Ürək üçün: 3. Sortes – 2 t x 1 d, 4. Triatek – 2 t x 2 d, 5. Carvaton – 1 t x 2 d, 6. Valokardin – 20 damla x 3 dəfə, 7. Validol – 1 t x 2 d, 8. Aspirin-kardio – 1 t x 2 d.
Yaddaş üçün: 9. Rezerkane- 1 t x 2.
Yuxu üçün: 10. Remeron – 1,5 t x 1 d, 11. Dalmadorm – 1- 1,5 t x 1 d, 12. Relaxane – 1 t x 2 d, 13. Mugakalm – 1 t x 2 d, 14. Voltoren- 1-2 tab x 1- 2 d, 15. Ketanol (100 mq) 3 – 7 tab – 24 saat ərzində (çox təhlükəli doza), 16. Azrozol – nəfəs almada problemlər yarananda, 17. Movicol – gündə 2-3-4 dəfə), 18. Laxoberon – gündə 2-3-4 dəfə), 19. Nücleoc.m.p. Forte (sümük ağrıları üçün), 20. Solbutanol (интели) nəfəs alma problem yarananda.
Məlumat üçün onu da bildirək ki, Eldar Həsənov ona elan olunmuş ittihamları həbsinin ilk günündən qətiyyən qəbul etmir, onları əsassız və qərəzli hesab edir”.
Vəkillər sadalananları əsas gətirərək, Eldar Həsənovun səhhətində mövcud real həyati-təhlükəli durumla bağlı təcili tibbi müdaxilə edilməsi və bu əsaslarla həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün Prezidentdən kömək istəyiblər./axar.az
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 14-04-2021 18:35
Baxış sayı: 3467Yazı axını
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
Ən çox oxunanlar
02-02-2026 17:30









.jpg)



















