Adamları yaşıllıqlara buraxmırlar, itlər isə parklarda kef edir... - ŞİKAYƏT

15-04-2021 16:24

"Bir neçə  gündür ki, xəstəlikdən sonra həkim məsləhətinə uyğun olaraq saat 10.00 radələrində Ağ şəhər bulvarında gəzib, günəş şüaları qəbul edirəm. Dövlətin min bir əziyyətlə-xərclə başa gətirdiyi bu istirahət guşəsində çox təəssüflər olsun ki, demək olar ki, rahat gəzmək, hava qəbul etmək mümkün deyil. Yalan olmasın adamdan çox müxtəlif cinsli bahalı itlər sahibləri ilə birlikdə gəzir. Çox təəssüf ki, həmin itlər min bir əziyyətlə yaradılmış yaşıllıqları " batırır" və ən pisi belə itlərin zəncirsiz və "ağzıbağsız" gəzdirilməsidir". 

Dalidag.az xəbər verir ki, bu fikirləri əslən Kəlbəcərdən olan paytaxt sakini Ədalət Əsədov sosial şəbəkə hesabında paylaşıb.

Ə.Əsədovun sözlərinə görə, dəfələrlə kiçik yaşlı uşaqların qorxmasının, çığırıb ağlamasının, nəticədə it sahibi ilə valideynlərin mübahisəsinin şahidi olub:
"Bu günkü, gəzintidə  də yenə öz " Pitbol"- cinsindən olan ağzında "namordnik", boğazında zəncir olmayan  iti buraxmışdılar. Bulvarda asayişə nəzarət edən polis əməkdaşları arabada gəzir və oturacaqda oturub istirahət edən cavan cütlükləri ədəb-ərkanlı olmağa dəvət edirdi. Yaxınlaşıb onlara da vəziyyəti izah etdim, amma üzlərinin ifadəsindən, məni "yola verdiklərin" hiss etdiyimdən məsələni sosial şəbəkədə yaymaq, əlaqədar təşkilatları bu sahəyə diqqət yetrməyə çalışdım",- deyə o bildirib.
Şikayətçi qeyd edib ki, bulvarın nəzarətçilərinə də məsələni izah edib: "Onların dərdi açıldı, nə açıldı: "Müəllim dəfələrlə demişik, yaşıllıqlara vurduqları ziyanı, natəmizliyi, təhlükəsizlik qaydaların izah etməyə çalışmışıq. Çox təəssüf ki, it sahibi olan xanımlar "xanıma xas olmayan" ifadələrlə "bu itlər sizdən təmiz və bahadılar"- deyərək bizləri təhqir edirlər. Odur ki, üzümü tutub əlaqədar təşkilatlara, xüsusən Bulvar İdarəsinə və DİN-ə. Maşallah, hər tərəf təhlükəsizlik kamerasıdır, bəlkə bu kameradan istifadə etməklə belə "ədəbidar" insanları intizama dəvət edəsiniiz! Özü də ürəyəyatan inzibati
cərimələrlə. İnsanları yaşıllığa buraxmırıq ki, dağılmasın, qorunsun. Alqışlayıram. Elə isə belə itləri və itlərindən xasiyyətcə az fərqlənən sahiblərindən də niyə yaşıllığı qorumağı tələb etmirik? (Bu ifadə bulvar işçilərin təhqir edənlərə aiddir). Təklif edərdim ki,  ağızlıq geyindirmədən it gəzdirənlər 500 manat, ağızlığı olub, lakin zənciri olmayan və əldən buraxılan it sahibləri 300 manat cərimə olunsun. İnanın gözəl vəsait yığılacaq. Nəzərə alln ki, bu hal digər bulvar və parklarda da mövcuddur. Özü də bu bahalı itlər sahibləri kimi bahalı zaddılar ha. Bu ifadə sırf bulvar mühafizəsi işçlərin "bu it səndən təmiz, və bahalıdır"- deyən və onun  kimi düşünən itbazlar üçündür. Paylaşaq, gündəmə gətirək, bəlkə tədbirlər görülsün. Belə işlərdə ictimai nəzarət daha effektli olmalıdır. AXI BİZ BİRLİKDƏ GÜCLÜYÜK!!!",- deyərək Ə.Əsədov fikrini yekunlaşdırıb.

Dalidag.az
                                                         Ədalət Əsədov



Kateqoriya: Sosium
Tarix: 15-04-2021 16:24
Baxış sayı: 3214
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024