Reklam

Şahlar Əsgərov: "Həyatını bölüşüdüyün birini itirmək ən ağır itkidir..."
07-04-2021 17:51

Dalidag.az xəbər verir ki, bu yaxınlarda həyat yoldaşını itirən dəyərli ziyalı, professor Şahlar Əsgərov acısını dilə gətirərək bildirib ki, itkilərin ən ağırı ömür-gün yoldaşını itirməkdir:
"Oğul ana itirir, qardaş bacı itirir, amma ən ağır itki ömür-gün yoldaşına düşür. Çünki, bunu yaşayanlar daha gözəl anlayar, həyatını bölüşdüyün birini itirmək, nə bilim... Hər bir insana belə itki müxtəlif cür təsir göstərir. Mənim yadımdadır ki, akademik Rafiq Əliyev də xanımının yoxluğunu və keçirdiyi hissləri yazılarında büruzə verirdi. Amma mən bir az qapalı insan olduğum üçün keçirdiyim ağır duyğuları ifadə edə bilmirəm. Hər bir hissi gizli yaşayıram. Təxminən 5-6 ay olar ki, bir kitab üzərində işləyirəm. Kitab üzərində çalışdıqca, Almaz xanımın dediyi sözlər yadıma düşür. Çox güman ki, bu kitabı Almazın əziz xatirəsinə həsr edəcəm. Almaz xanımı itirdikdən sonra fikir verirəm ki, övladlarım mənə daha çox zaman ayırır. Tez-tez gəlib baş çəkirlər, darıxmağıma icazə vermirlər. Amma anlamırlar ki, Almaz xanım hər saniyə ağlımdadı… O, hər işimdə mənə dəstək idi. Mən elmi fəaliyyətdə olan zaman bir müddət Almaz xanımın yanında olmadım, evin yükü onun öhdəsində qalmışdı. Amma o, çox asanlıqla bu işin öhdəsindən gəlirdi."
Dalidag.az



Yazı axını
07 / 08 / 2025
06 / 08 / 2025
05 / 08 / 2025
04 / 08 / 2025
04 / 08 / 2025
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
30 / 07 / 2025
30 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
28 / 07 / 2025
28 / 07 / 2025
27 / 07 / 2025
27 / 07 / 2025
26 / 07 / 2025
26 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
Ən çox oxunanlar