Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır! Dalidag.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Twitter səhifəsində yazıb.

Azərbaycanın Gəncə şəhəri yenidən Ermənistan ərazisindən atəşə tutulub. Dalidag.az xəbər verir ki, mülki obyektlərə ciddi ziyan dəyib, sakinlər arasında yaralananlar var.apa

Ordumuzun erməni təxribatına cavab olaraq əks-hücum həmləsinin başlanmasından 1 həftə ötür. Dalidag.az xəbər verir ki, bu qısa müddətdə Ordumuzun uğurlu əks-hücum əməliyyatı nəticəsində bir sıra kənd və vacib yüksəkliklər yenidən nəzarətimiz altına keçib. Azad edilən kəndlərin siyahısını təqdim edirik: 1. Suqovuşan (Ağdərə rayonu) 2. Qaraxanbəyli (Füzuli) 3. Qərvənd (Füzuli) 4. Horadiz kəndi (Füzuli) 5. Böyük Mərcanlı (Cəbrayıl) 6. Nüzgar (Cəbrayıl) 7. Talış kəndi (Tərtər) 8. Mehdili (Cəbrayıl)

"Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə Ermənistan ərazisindən raketlər atılıb". Dalidag.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib. "Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini, Füzuli rayonunun Horadiz şəhərini ağır artilleriyadan və raketlərdən istifadə etməklə atəşə tutub. Yenə də Ermənistan ərazisindən Azərbaycanın Füzuli və Cəbrayıl rayonları istiqamətində yaşayış məntəqələrinə raket

Suqovuşan kənd (işğal dövründə: Madagiz) Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsində yerləşir. Suqovuşan kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürüldü. Suqovuşan kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.

Ermənist an silahlı qüvvələri hazırda Xankəndi ərazisindən Tərtər şəhəri və Füzuli rayonunun Horadiz şəhərinin ərazisini raket atəşinə tutur. Azərbaycan Müdafiə Nazirliyindən verilən xəbərə görə, Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı adekvat cavab tədbirləri görülür. Dalidag.az

Azərbaycan Ordusunun işğaldan azad edilmiş ərazilərindən video görüntülər paylaşılıb. Görüntülər Müdafiə Nazirliyi tərəfindən yayılıb: Dalidag.az

Bu gün Azərbaycan Ordusu Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini azad edib. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter” səhifəsində yazıb.

Prezident İlham Əliyev bu gündən Madagizin tarixi adını bərpa edib. Bundan sonra həmin kənd Suqovuşan adlandırılacaq. Bu barədə Ali Baş komandan “Twitter” səhifəsində paylaşım edib. Dalidag.az

"Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı" Dalidag.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "Tvitter" səhifəsində məlumat paylaşılıb. "Madagiz bizimdir. Qarabağ Azərbaycandır!",- deyə paylaşımda qeyd olunub. Dalidag.az
Yazı axını
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024