Bakının “qəhrəman şəhər” adına layiq görülməsi, ilk növbədə, tarixi ədalətin bərpa olunması deməkdir. Bu, Bakını müdafiə edən bütün sovet adamlarının rəşadətinə sayğı kimi dəyərləndiriləcək. Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a müsahibəsində dosent, “Rusiya zabitləri” Ekspert Şurasının üzvü Aleksandr Perenciyev deyib. Onun sözlərinə görə, Bakı neftinin itirilməsi faşist Almaniyası və onun muzdluları ilə vuruşan bütün SSRİ üçün ciddi fəlakətlə nəticələnə bilərdi, buna görə Bakını

Qız Qalası Xəzər dənizinin kənarında dənizə doğru maili nəhəng bir qayanın üzərində, silindirik fоrmada tikilmişdir. Dəniz tərəfdən uzunsоv bir dayaq (kоntrfоrs) оna əlavə еdilmişdir. Qalanın hündürlüyü şimal tərəfdən 31, cənub tərəfdən isə 28 metrdir. Qalanın diamеtri birinci mərtəbədə 16,5 metrdir. Birinci mərtəbədə divarın qalınlığı (еni) 5 metrə çatır. Qalanın daхili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yоnma daşlarla tikilmiş, günbəz fоrmalı tavanla örtülmüşdür. Daşla hörülmüş həmin

"...Nə ağırdı, bu həsrətin "şələsi""-deyir Vətən həsrətli Vaqif Hüseyinoğlu Səlimov. Kəlbəcərindən ayrı, qürbət eldə göynəyə-göynəyə qələmə aldığı kədər əyinli, ağrı biçimli şeirlərindən duymaq çətin deyil o "şələ"nin ağırlığını. İkiqat həsrətinin, dərdinin şəkilləndiyi şeirlərlə ovunmağa çalışır bəlkə də şair, bəlkə də ağlatdığı misralarda bir ümid arayır... Dalidag.az Sevinc Qəribin təqdimatında Vaqif Hüseyinoğlunun şeirlərini təqdim edir: GEDƏCƏM Harda olsam bir qonağam, bir qonaq, KƏLBƏCƏRİ

Rəsmi dövlət formatında olmasa da, bu, Türkiyə tərəfindən irəli sürülən regional quruluşla bağlı ilk təşəbbüs deyil. Bir çoxları xatırlayar ki, Ankara daha öncə “Qafqaz platforması” ideyasını irəli sürmüşdü, burada hətta Ermənistan-Türkiyə protokollarına baxıldı. Və sonra hər şeyi dəyişən 2014-cü il gəldi. Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a rusiyalı ekspert Qriqori Trofimçuk Türkiyənin Vətən Partiyasının “Qara dəniz-Aralıq dənizi dostluq və sülh planı”nı şərh edərkən deyib.

Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən hazırlanmış yeni qanun layihəsində əmək müqaviləsinin forması ilə bağlı da Məcəllədə təkmilləşdirmənin aparılması nəzərdə tutulub. Nazirlikdən bildirilib ki, Məcəlləyə əsasən, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunmaqla, onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılmalıdır. Lakin işçinin əmək müqaviləsinin bir nüsxəsini alması faktını müəyyən edən

Küçədən “öz ritmimlə” keçirdim. Dilimdə bir nəğmə səslənirdi. Hansı nəğmə olduğunu yazmayacam. “Şifrələnmiş” mahnıdır. Yanımdan ötən maşının pəncərəsindən isə dilimdəki nəğmənin əksinə olaraq bir mahnı “hücumla küçəyə çıxırdı”: “Canım, canım, canım mənim, ürəyim sol yanım mənim”. Dilimdəki sevimli nəğməni ürəyimə ötürdüm. Balasını fəlakətdən qoruyan ana kimi bununla mahnını “xilas etməyə” çalışdım. İstəmədim bu havalı, sərbəst, ölçü-biçisiz mahnıya qarışsın. Özümü Ağca xanımı Qaraca qızdan uzaq

Məmur özbaşınalığı, rüşvət faktoru bütün dünyanı ağuşuna alan və ölkəmizdən də yan ötməyən pandemiyalı günlərdə belə gündəm olaraq qalır. Dalidag.az xəbər verir ki, Goranboy rayonunun Erkəc kəndində məskunlaşan kəlbəcərli məcburi köçkün Mirəziz Yusifovun başına gətirilənlər də bunu təsdiqləyir. Yurd-yuvasından didərgin düşən məcburi köçkünlərin müvəqqəti sığındıqları yerdə məruz qaldıqları haqsızlıq və qovulma faktı həqiqətən də ürəkağrıdıcıdır. M.Yusifovun bildirdiyinə görə, Erkəc kənd İcra

Dövlətin dövlət kimi mövcud olmasında ən önəmli məsələ Silahlı Qüvvələrin güclü olmasıdır. Bu gün şükürlər olsun ki, ordumuzun yüksək texniki imkanları, silah və sursatları, müasir tələblərə cavab verən avadanlıqları var. Buna sevinirik. Ancaq əsas ordu quruculuğu ailədən başlanmalıdır. Bu gün aktiv müharibə dövrü olmasa da müharibə şəraitindəyik. Əksər ailələr tanıyıram ki, övladını hərbidən təxris etdirməkdən ötrü yüz min oyuna girir. Və bəzi korrupsioner məmurların hesabına qismən buna nail

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Vəliyev İbrahim Ələmşah oğlunun ailəsi ilə görüşdü. 26 iyun Silahlı qüvvələr günü münasibətilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev sosial izolyasiya qaydalarına riayət etməklə, 25 fevral 2020-ci il tarixdə cəbhənin Qazax rayonu istiqamətində düşmənin diversiya hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuş, ölümündən sonra Hərbi Xidmətdə Fərqlənməyə görə 3-cü dərəcəli medalı ilə təltif edilən şəhid Vəliyev

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb. Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü dövlət hesab olunur. Silahlı Qüvvələrin
Yazı axını
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024