Küçədən “öz ritmimlə” keçirdim. Dilimdə bir nəğmə səslənirdi. Hansı nəğmə olduğunu yazmayacam. “Şifrələnmiş” mahnıdır. Yanımdan ötən maşının pəncərəsindən isə dilimdəki nəğmənin əksinə olaraq bir mahnı “hücumla küçəyə çıxırdı”: “Canım, canım, canım mənim, ürəyim sol yanım mənim”. Dilimdəki sevimli nəğməni ürəyimə ötürdüm. Balasını fəlakətdən qoruyan ana kimi bununla mahnını “xilas etməyə” çalışdım. İstəmədim bu havalı, sərbəst, ölçü-biçisiz mahnıya qarışsın. Özümü Ağca xanımı Qaraca qızdan uzaq

Məmur özbaşınalığı, rüşvət faktoru bütün dünyanı ağuşuna alan və ölkəmizdən də yan ötməyən pandemiyalı günlərdə belə gündəm olaraq qalır. Dalidag.az xəbər verir ki, Goranboy rayonunun Erkəc kəndində məskunlaşan kəlbəcərli məcburi köçkün Mirəziz Yusifovun başına gətirilənlər də bunu təsdiqləyir. Yurd-yuvasından didərgin düşən məcburi köçkünlərin müvəqqəti sığındıqları yerdə məruz qaldıqları haqsızlıq və qovulma faktı həqiqətən də ürəkağrıdıcıdır. M.Yusifovun bildirdiyinə görə, Erkəc kənd İcra

Dövlətin dövlət kimi mövcud olmasında ən önəmli məsələ Silahlı Qüvvələrin güclü olmasıdır. Bu gün şükürlər olsun ki, ordumuzun yüksək texniki imkanları, silah və sursatları, müasir tələblərə cavab verən avadanlıqları var. Buna sevinirik. Ancaq əsas ordu quruculuğu ailədən başlanmalıdır. Bu gün aktiv müharibə dövrü olmasa da müharibə şəraitindəyik. Əksər ailələr tanıyıram ki, övladını hərbidən təxris etdirməkdən ötrü yüz min oyuna girir. Və bəzi korrupsioner məmurların hesabına qismən buna nail

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Vəliyev İbrahim Ələmşah oğlunun ailəsi ilə görüşdü. 26 iyun Silahlı qüvvələr günü münasibətilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev sosial izolyasiya qaydalarına riayət etməklə, 25 fevral 2020-ci il tarixdə cəbhənin Qazax rayonu istiqamətində düşmənin diversiya hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuş, ölümündən sonra Hərbi Xidmətdə Fərqlənməyə görə 3-cü dərəcəli medalı ilə təltif edilən şəhid Vəliyev

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb. Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü dövlət hesab olunur. Silahlı Qüvvələrin
Yazı axını