Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev iyunun 25-də növbəti videoqəbul keçirib. Komitə sədri əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb. Dalidag.az -ın məlumatına görə, müraciətlər, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, vahid aylıq müavinətin təyin edilməsi və məşğulluq məsələləri ilə bağlı olub. Vətəndaşlara məlumat verilib ki,

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bu ilin əvvəlində başlanmış “Əsgərə salam” hərbi vətənpərvərlik sosial layihəsi 26 iyun - Silahlı Qüvvələr Günü ərəfəsində davam etdirilib. Dalidag.az -ın məlumatına görə, müxtəlif peşə və yaş kateqoriyasına mənsub bir qrup şəxsin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısında Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi mövcud preventiv

Azərbaycan Respublikasının prezidentinin gəncləşdirmə siyasətini kimlər dəstəkləyir, yaxud kimlər bu yeniləşmə siyasətindən qorxuya, təşvişə düşüb. Kimdir bu kürkünə birə düşənlər? Necə ola bilər ki, prezidentin yeniləşmə siyasətinə qarşı çıxmağa cəsarət tapırlar özlərində? Bu qorxu bilməzlər kimlərdir? Kimə xidmət edirlər, etməkdədirlər, niyyətləri nədir bu el dili ilə desək, saman altından su yeridənlərin, dinc dayanmırlar? Dünyamızın başına bəla olan COVİD-19 virusu Azərbaycanımızında

İqlimin, torpağın qoynunda yurd salan insanlara birbaşa təsirini o məkandan boy göstərən istedadlara rəğmən təyin etmək çox da çətin deyil məncə. Tanrı qələminin bütün rəng çalarında dünyanın ən gözəl məkanlarını üstlənən, görənlərin gözünü oxşayan, könlünü ovsunlayan əsrarəngiz təbiətli Kəlbəcərin yetişdirdiyi, ədəbiyyat, elm və digər sahələrdə nailliyyət, uğur qazanan istedadlı insanlar dediklərimə bariz nümunədi. Ədəbiyyatda olduğu kimi jurnalistikada da istedadı, iti qələmi, kəsərli sözü,

Xəbər verdiyimiz kimi iyunun 24-də 590 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb. Qeyd edək ki, yoluxmanın sürətlə artmaması üçün şənbə-bazar və bayram günləri insanların çölə çıxması qadağan olmuşdu. Lakin buna baxmayaraq gündəlik yoluxma 400 nəfəri keçdi. Koronavirusa yoluxanların və ölənlərin sayı artdığı üçün 5 iyula qədər 2 həftəlik sərt karantin rejim elan olundu. Əgər yoluxma artma dinamikası ilə davam etsə, sərt karantin rejimi yenidən 2 həftəlik uzadıla bilərmi? Dalidag.az xəbər verir

Azərbaycan Televiziyası (AzTV) 50-dən çox əməkdaşının koronavirusa yoluxması ilə bağlı yayılan xəbərləri təkzib edib. Dalidag.az bildirir ki, bu barədə modern.az-a danışan AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva informasiyaların heç bir əsası olmadığını deyib: “Biz də bu xəbərləri oxuduq, 50-dən çox əməkdaşımızda koronavirusa yoluxması barədə yanlış xəbərlərin yayılması üzücüdür. Hətta telekanalın sədr müavini Rafiq Həşimovun yoluxması ilə bağlı da

İstedalı gənc şair Nigar Arif Kolumbiyanın Medillin şəhərində keçiriləcək şeir festivalında (30° FESTIVAL INTERNACIONAL DE POESÍA DE MEDELLÍN COLOMBİA) Azərbaycanı təmsil edəcək. Bu barədə Dalidag.az-a N.Arif özü məlumat verib:"Bu dəfə Covid 19 pandemiyası ilə əlaqədar festival internet vasitəsilə online şəkildə müəyyən proqramla keçiriləcək. Dünyanın ən böyük festivallarından olan, Avqustun 1-dən Sentyabrın10-na kimi davam edəcək Medillin festivalında 103 ölkə və 191 şair iştirak edəcək.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçirilir. DİM-dən verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 10519 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulur. İmtahanlar bu bölgələrdə keçiriləcək: 11-ci sinif cari
Yazı axını