Reklam
Gənc şair Nigar Arif ölkəmizi beynəlxalq şeir festivalında təmsil edəcək
25-06-2020 16:09
İstedalı gənc şair Nigar Arif Kolumbiyanın Medillin şəhərində keçiriləcək şeir festivalında (30° FESTIVAL INTERNACIONAL DE POESÍA DE MEDELLÍN COLOMBİA) Azərbaycanı təmsil edəcək.Bu barədə Dalidag.az-a N.Arif özü məlumat verib:"Bu dəfə Covid 19 pandemiyası ilə əlaqədar festival internet vasitəsilə online şəkildə müəyyən proqramla keçiriləcək. Dünyanın ən böyük festivallarından olan, Avqustun 1-dən Sentyabrın10-na kimi davam edəcək Medillin festivalında 103 ölkə və 191 şair iştirak edəcək. Ayrı-ayrı günlərdə müxtəlif ölkələrdən şairlərlə görüşlər olacaq və onlar canlı olaraq öz şeirlərini səsləndirəcəklər. Azərbaycanı təmsil edəcək bir şəxs kimi ilk dəvət alanlardan biri olduğum və dəvəti şəxsən Festivalın yaradıcısı "Dünya festivallarının direktoru", böyük şair Fernando Rendon tərəfindən aldığım, ölkəmizin ən böyük şairlərindən biri Ramiz Rövşənlə və eləcə də dünyanın digər mötəbər şəxsləri ilə birgə belə bir böyük festivalda iştirak edəcəyim üçün özümü çox xoşbəxt hiss edirəm. Çıxışım sentyabrın 1-i bizim saatla 20:00-da olacaq. "-deyə, o qeyd edib.
Dalidag.az

Kateqoriya: Sosium
Tarix: 25-06-2020 16:09
Baxış sayı: 31 135Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20




























