Reklam

Kəlbəcər adına ucalıq gətirən imza- Hidayət Elvüsal
25-06-2020 18:00

Bu gün qüdrətli sözün hökmündə dəyişməz missiyası ilə dərdə güc gələn Hidayət Elvüsalın doğum günüdür.
Qeyd edək ki, Hidayət Elvüsal 1949-cu il iyun ayınınn 25-də Kəlbəcər rayonunda dünyaya göz açıb. Azərbybaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.Bir sıra mətbu orqanlarda fəaliyyət göstərib. Kəlbəcərdə çıxan “Yenilik” rayon qəzetində, yerli radio verilişləri redaksiyasında çalışmaqla bərabər, Azərbaycan Dövlət Radiosu ilə əməkdaşlıq edib. Daha sonra «Azərbaycan gəncləri», «Kommunist» (indiki «Xalq qəzeti») qəzetlərində işləyib. «Səhər» qəzetinin yaradıcılarından biri kimi, baş redaktorun müavini, «Belə-belə işlər», «Kriminal» qəzetlərinin baş redaktoru olub. Dövri mətbuatda oçerkləri, müsahibə və reportajları, hekayə və povestləri ilə çıxış edib. «Belə-belə işlər» rubrikası ilə dərc etdirdiyi saysız-hesabsız yazıları ilə populyarlaşan Hidayət Elvüsal eyni zamanda mahnı mətnlərinin müəllifi və həvəskar bəstəkar kimi də tanınır.
Dalidag.az olaraq dəyərli ziyalımız Hidayət Elvüsalı doğum günü münasibətilə təbrik edir, sağlıqlı uzun ömür və yaradıcılıq uğurları diləyirik. Kəlbəcərə qovuşmaq, Qələbə nəğməsinin müəllifi kimi yurd yerində təbrik etmək arzularımızın ümdəsidir.
Sevinc Qərib
Dalidag.az



Yazı axını
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
03 / 07 / 2025
03 / 07 / 2025
03 / 07 / 2025
03 / 07 / 2025
Ən çox oxunanlar