Reklam
"Göy üzü yerindən laxlamadı ki..." - İbrahim İlyaslı
31-07-2025 15:58
İbrahim İlyaslıSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı İbrahim İlyaslı yaradıcılığından:
SƏNİN QOVUŞMALI İKİ YERİN VAR
Nə tez inadına daş dəydi belə,
Nə tez inamına dəyib qayıtdın?
Yenəmi ağlını ürəyin kəsdi?
Yenəmi baxtını söyüb qayıtdın?
Qoşulub getdinmi durna dəsinə,
Bir kimsə yolundan saxlamadı ki?
Buludlar üz qoydu Yer kürəsinə,
Göy üzü yerindən laxlamadı ki?
Hər şeyə ad varsa, ad qoyan da var, -
Bəlkə dağlar dərə, dərələr dağdır?
Bəlkə bu ağlardı elə qaralar,
Bəlkə bu qaralar elə dümağdır?
Gülürsən, gülməli burda nə var ki? -
Ancaq ağlamalı bir şey də yoxdur.
Görürəm, gözünü göynədir rəngi, -
Bir az bu söhbətin işığı çoxdur.
Hə, bir də azadlıq deyirdin axı,
Elə bir söz-söhbət gəzir arada.
Sənin azadlığın içindən axır,
İçindən axacaq bundan sonra da.
Əlində olsaydı öz ixtiyarın;
Çoxdan ilim-ilim itməliydin ki.
Axı bu ürəklə canım-ciyarım,
Sən hansı mənzilə yetməliydin ki?
Bu mizan-tərəzi düzələr çətin,
Yəni bu görklər də ağ yalandımı?
Ənəlhaqq! - çığıran bir məmləkətin,
Yenə səltənəti yağmalandımı?!
Nə bir kömək dilə, nə təsəlli um,
Ondan adamlarda yığın-yığındı.
Sənin qovuşmalı iki Yerin var, -
O sənin Tanrın və Tənhalığındı.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 31-07-2025 15:58
Baxış sayı: 3539Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























