Reklam
"Tanrı bəxş etdiyi badədi sevgi..." - Musa Ələkbərli
27-07-2025 13:46
Musa ƏləkbərliSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Musa Ələkbərli yaradıcılığından:
ƏBƏDİ SEVGİ
Gözündə ilk dəfə çiçəkləyəndə
Təmizdi, ülvidi, sadədi sevgi.
Zəhəri, şərbəti özün seçirsən,
Tanrı bəxş etdiyi badədi sevgi.
Nələr yaşamırsan ömür bitincə,
Bu şirin arzular başa yetincə.
Əvvəl övlad, sonra nəvə, nəticə
Olur bir-birinin mabədi sevgi.
Çaşmaq, büdrəmək var hər pilləsində,
Tanrı hifz eləsin son şilləsindən...
Dünyanın cinayət məcəlləsində
Ən suçlu, ən ağır maddədi sevgi.
Gözə kəmənd atır, cana susayır,
Di gəl yalanını düzündən ayır...
Sinəyə gah sığır, gah da sığmayır,
Hər kəsin ürəyi boydadır sevgi.
Atını dörd nala çapmayanlara,
Halal qismətinə çatmayanlara,
Yerdə öz yerini tapmayanlara
Günəşdə, ulduzda, Aydadı sevgi.
Onun hökmündədir oyanan, yatan,
Can verən, canını canlara qatan.
Təmiz ürəklərin Tanrıya çatan
Əlçatmaz, ünyetməz məbədi sevgi.
Çox vardın fərqinə qaranın, ağın,
Çətin əriyəcək sənin dərd dağın.
Ruhun göylərindi, cismin torpağın,
Ay Musa, bax budur əbədi sevgi,
Bütün sevgilərin məbədi sevgi!
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 27-07-2025 13:46
Baxış sayı: 3482Yazı axını
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
28 / 03 / 2026
Ən çox oxunanlar
10-04-2026 19:19





























