Reklam
"Hər gün üzülərsən bir bəlkə ilə..." - Məryəm Aslanqızı
29-07-2025 11:53
Məryəm Aslanqızı Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Məryəm Aslanqızı yaradıcılığlndan:
***
Sıxıb ürəyinin suyunu içsən,
Könlündən qırılıb köksünə köçsən.
Baxıb görəndə ki, yoxsan bir heçsən,
Onda bilərsən ki, darıxmaq nədir....
Bilməzsən bir səsə necə vuruıdun,
Bilməzsən bulaqtək necə duruldun.
Bilməzsən dünyadan necə qırıldın,
Onda bilərsən ki, darıxmaq nədir......
Dünyanın ən gözəl günün bilərsən,
Dünyanın ən gözəl gülün bilərsən,
Özünə ən gözəl ölüm dilərsən ,
Onda bilərsən ki, darıxmaq nədir.....
Hər gün yol gedərsən bir cərgə ilə,
Hər gün yol gedersen bir kölge ilə.
Hər gün üzülərsən bir bəlkə ilə,
Onda bilərsən ki, darlxmaq nədir.
Bunun Meryem kimi bir əsiri var,
Bəyi var, Xanı var, yüz Vəziri var.
Baxarsan nə tamı, nə kəsiri var,
Onda bilərsən ki, darıxmaq nədir.
Çıxarsan eyvana, evə girərsən,
Qara qarışqanı dəvə bilərsən,
Çaşıb mənim kimi sevə bilərsən,
Onda bilərsən ki, darıxmaq nədir..
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 29-07-2025 11:53
Baxış sayı: 3533Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























