Reklam
"Bu, sevda yoludur, gör, nələri var..." - Vaqif Aslan
26-07-2025 15:40
Vaqif Aslan Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Vaqif Aslan yaradıcılığından:
BİR YOL DİGƏR YOLUN BAŞLANĞICIDIR
Bir yol digər yolun başlanğıcıdır.
Nə sənlik bir iş var, nə də ki, mənlik.
Bu dünya haqq-hesab meydançasıdır...
Bizimki, sadəcə, bir yolötənlik.
Nə qədər könlünə yatsa da bir yol
Özün hiss edirsən, çatırsan sona.
Dost, çıxma özündən, bir az sakit ol!
Yoluna davam et, kor baxma ona!
Sən elə sanma ki, yol səndən qaçır...
Sən qaçma, getdiyin yolu inandır.
Sənə Taleyazan özü yol açır.
Üstünə yeriyən dağı dayandır!
Nə olsun, çatmısan yolun başına...
Qarşında yenə bir yol var, təntimə!
Çıxacaq könlünün könlü qarşına...
Küləklər əsəcək sənin səmtinə.
Onun da tini var, döngələri var...
Dönmə döngələrdə, tinlərdə azma!
Bu, sevda yoludur, gör, nələri var.
Yoluna çıxanı bağrına basma!
Ondan sonrakı yol vüsal yoludur...
Ləngimə, dayanma, durma, gəl, daha!
Sanma ki, könüllə dünya doludur...
Öz könlün aparır səni Allaha!
Əyil öz könlünə, ürəklə əyil!
Dayan qarşısında, baş əy ər kimi.
Hər könül könlüntək ərköyün deyil!
Öpüb göz üstə qoy son dəyər kimi!
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 26-07-2025 15:40
Baxış sayı: 3601Yazı axını
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
07 / 05 / 2026
06 / 05 / 2026
05 / 05 / 2026
Ən çox oxunanlar
18-05-2026 18:20

17-05-2026 13:15




























