Reklam

"Əgər Tanrısansa, yaxın gəl mənə..." - Şamil Ənvəroğlu
25-07-2025 13:40

Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Şamil Ənvəroğlu yaradıcılığınan:
SƏN NİYƏ GƏLDİN Kİ, MƏNİM ÖMRÜMƏ?
Sən niyə gəldin ki,
mənim ömrümə?
Sınıq ümidlərin qırıntısını toplayıb
qəlbimə qoymaq üçünmü?
Ya da son ümidin son tikəsini,
ayağın altında əzmək üçünmü?
Sən niyə gəldin ki,
mənim ömrümə?
Boşalıb yanıma düşən qolumdan,
tutub sabahlara getmək üçünmü?
Ya da ürəyimə bir ağrı olub,
elə için-için qırmaq üçünmü?
Sən niyə gəldin ki,
mənim ömrümə?
Mən zatən məzarsız ölü kimiyəm.
Bir az ağrıların düşkünü olan,
hər şeydən dərd əmən zəli kimiyəm.
Bilmirəm, ruhuma sevgi əkənmi,
yoxsa,
bir ağrım da sən olacaqsan?
Bilmirəm, üzümə xoş təbəssümmü,
yoxsa, gözlərimə yaş olacaqsan?
Lütfən söylə mənə,
sən niyə gəldin?
Mən axı xaraba qalmış şəhəri,
zülmətə bürüyən qarğış kimiyəm.
Mən axı gecələr bu xarabada,
təklikdən ulayan bayquş kimiyəm.
De hələ, gəlişin nə dəyişəcək?
Yoxsa, alnımızda olan yazının,
ən gözəl, ən xoşbəxt cümləsi sənsən?
Yoxsa, bu sevginlə yaz yağışıtək,
ömrümə yağacaq acı zəhərsən?
Sən niyə gəldin ki,
mənim ömrümə?
Mən ki unutmuşam yaşamağı da,
mənasız-mənasız gözləntini də,
lazımsız-lazımsız adamları da.
Gəlib uçurumun bir kənarına,
Atmışam aşağı arzuları da...
Mənim təqvimlər də çıxıb yadımdan,
İndi hansı aydır, hansı fəsildir?
Sonuncu saatım pas atıb artıq,
Məndəki zaman da gözdən əlildir.
Lütfən söylə hələ,
sən niyə gəldin?
Sən niyə əlimdən tutursan belə?
Yoxsa, ilk addımı atan uşağam?
Yoxsa, ümidləri əlimdən düşən,
ayağı büdrəyən yazıq qocayam?
Səni niyə tutursan mənim əlimdən?
Əgər insansansa, nə olar tutma,
bir daha, bir daha məni aldatma...
Əgər Tanrısansa,
yaxın gəl mənə,
Əgər Tanrısansa,
tut əllərimdən,
buraxma bu qədər "nədən?" içində.
Əgər Tanrısansa,
yenidən yarat,
Qoyma bu günahkar bədən içində!!!
Dalidag.az



Yazı axını
25 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
24 / 07 / 2025
24 / 07 / 2025
23 / 07 / 2025
23 / 07 / 2025
23 / 07 / 2025
23 / 07 / 2025
22 / 07 / 2025
22 / 07 / 2025
21 / 07 / 2025
20 / 07 / 2025
20 / 07 / 2025
20 / 07 / 2025
19 / 07 / 2025
18 / 07 / 2025
17 / 07 / 2025
17 / 07 / 2025
16 / 07 / 2025
16 / 07 / 2025
15 / 07 / 2025
15 / 07 / 2025
15 / 07 / 2025
Ən çox oxunanlar