"Buraxma əllərimi, bu gün də bizim olsun..." - Nuranə Təbriz
28-07-2025 10:32
Nuranə TəbrizSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Nuranə Təbriz yaradıcılığından:
ADINI SİLMƏK OLMAZ
Mən səni nəfəs-nəfəs, bir az da baxış-baxış,
Sevmişəm ürkək-ürkək ana quzusu kimi.
Bura kimi gəlmişik sanma bura qədərmiş,
Baxa bilsən, görərsən, alın yazısı kimi
adını silmək olmaz…
Sənə tərəf gəlmişəm sevdamın arxasınca,
Bu yola həsrətinlə qoşa çıxa bilmərəm.
Ömrün çətin illərin yaşamağı bacardım,
Bir sənin yoxluğunla başa çıxa bilmərəm,
Nə də ki ölmək olmaz.
Bu sevginin fonunda neçə kəskin qış olub,
Elə bilmə, ayrılıq hisslərimi dondurar.
Bir səmimi təbəssüm sevinməyə bəs edər,
Nə vaxt gözümə baxsan, günəş əlindən tutar.
Başqa cür gülmək olmaz.
Ömrü üç günə bölək – dünən, bu gün, sabaha,
Bu üçgünlük həyatı sürməyə dözüm olsun.
Dünən də sən var idin, dünən də mən var idim,
Buraxma əllərimi, bu gün də bizim olsun,
Sabahı bilmək olmaz.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 28-07-2025 10:32
Baxış sayı: 3429Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















