Reklam
"Görünür dərgahın yolu..." - Süleyman Sərraf
24-07-2025 14:35
Süleyman SərrafSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Süleyman Sərraf yaradıcılığından:
* * *
Mən gəlirəm Sənə sarı,
Yıxılmağa qoyma məni.
Yer də Sənin, göy də Sənin,
Sıxılmağa qoyma məni.
Sən göndərdin məni Yerə,
Yurdum oldu bu dağ, dərə.
Həsrətindən könlüm kürə,
Ah olmağa qoyma məni.
Görünür dərgahın yolu,
Tək Sənsən halımdan hali.
Bir dərvişəm, əmir qulu,
Şah olmağa qoyma məni.
Sən yaşatdın, mən yaşadım,
Sən yüklədin, mən daşıdım.
Nəfsi özümdən boşadım,
Yox olmağa qoyma məni.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 24-07-2025 14:35
Baxış sayı: 3338Yazı axını
17 / 11 / 2026
17 / 11 / 2026
15 / 11 / 2026
15 / 11 / 2026
15 / 11 / 2026
14 / 11 / 2026
14 / 11 / 2026
12 / 11 / 2026
12 / 11 / 2026
12 / 11 / 2026
11 / 11 / 2026
11 / 11 / 2026
10 / 11 / 2026
09 / 11 / 2026
08 / 11 / 2026
08 / 11 / 2026
08 / 11 / 2026
08 / 11 / 2026
08 / 11 / 2026
07 / 11 / 2026
06 / 11 / 2026
05 / 11 / 2026
Ən çox oxunanlar
12-11-2026 19:49

11-11-2026 22:37



























