Reklam
"Üfüqlər xəyaldı, sahillər gerçək..." - Əkbər Qoşalı
30-07-2025 10:41
Əkbər QoşalıSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Əkbər Qoşalı yaradıcılığından:
***
Dəniz üstdən ötür dolmuş buludlar,
Kim bilir, hirsini hara tökəcək…
Əlim qaşım üstə, fikrim uzaqda,
Üfüqlər xəyaldı, sahillər gerçək…
Sahil dolur-daşır insanla bəzən
Yaşlı qayğılar var, gənc əyləncələr…
Fikri dağıtsa da körpə ləpələr,
Hamı burdan evə yorğun dönəcək,
Üfüqlər xəyaldı, sahillər gerçək…
Sahillər qocalır, sular gəncləşir,
Görəsən, yorurmu sahili dəniz?..
Neçə ki sahil var, neçə ki dəniz,
Onların sevdası heç bitməyəcək.
Balıqqulağı var burda bu qədər,
Burda pıçıltı da sirr qala bilməz…
Yerin qulağı var – belə deyiblər –
Yəqin ki, buranı görüb deyiblər.
Hamı əvvəl-axır burdan keçəcək.
Üfüqlər xəyaldı, sahillər gerçək.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 30-07-2025 10:41
Baxış sayı: 3505Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























