Reklam
"Darıxanda dərdini pıçılda buludlara..." - Aida Adıgözəl
30-07-2025 13:27
Aida AdıgözəlSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Aida Adıgözəl yaradıcılığından:
DARIXANDA SÖYLƏ...
Biraz narın çisəyə, biraz həzin yağışa,
darıxanda dərdini pıçılda buludlara.
Görsən islanmamışam, bəlkə də duymamışam,
mütləq ki gətirəcək, söylə gur leysanlara.
Mən gülü çox sevirəm, hələ çöl çiçəklərin,
hələ çobanyastığın, ağappaq ləçəklərin.
Xallı "fatma ananın", bəzəkli böcəklərin
içində axtaracam, söylə baldırğanlara.
Qabağına nə çıxdı, söylə nəyə inansan,
dumduru şehə batsan, sümüyəcən islansan.
Əlin mənə çatmasa, korun-korun odlansan,
yenə də anlayacam, söylə lal gümanlara.
Havadan anlayacam, qurudan anlayacam,
yağışlı gölməçədən, lil sudan anlayacam.
Sənin nəyinə lazım hər hardan anlayacam,
söylə, kimə gəldi de, filan-beşməkanlara...
Darıxanda dərdini pıçılda buludlara,
darıxsan anlayacam, inan ki, anlayacam...
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 30-07-2025 13:27
Baxış sayı: 3384Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























