Sərt karantin rejimi yenidən 2 həftəlik uzadılır? — AÇIQLAMA

25-06-2020 17:51

Sərt karantin rejimi yenidən 2 həftəlik uzadılır?

Xəbər verdiyimiz kimi iyunun 24-də 590 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb. Qeyd edək ki, yoluxmanın sürətlə artmaması üçün şənbə-bazar və bayram günləri insanların çölə çıxması qadağan olmuşdu. Lakin buna baxmayaraq gündəlik yoluxma 400 nəfəri keçdi. Koronavirusa yoluxanların və ölənlərin sayı artdığı üçün 5 iyula qədər 2 həftəlik sərt karantin rejim elan olundu. Əgər yoluxma artma dinamikası ilə davam etsə, sərt karantin rejimi yenidən 2 həftəlik uzadıla bilərmi?
Dalidag.az xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan deputat Cavanşi Paşazadə bildirib ki, yumşalmalardan sonra ortaya çıxan statistika heç də ürəkaçan deyil:
 
"Çünki bəzi insanlarımız yumşalmalardan sonra sanki bu virus yoxmuş kimi davranmağa başladılar. Dayanacaqlarda, avtobuslarda, marketlərdə və insanların sıx toplaşdığı digər iaşə obyektlərində qoruyucu tibbi maskalardan istifadə etmədən hərəkət etdilər. Çünki insanların sıx toplaşdığı bu yerlərdə virus daha sürətlə yayılır. Bu gün markletlər insanların gündəlik ərzaq təlabatını ödədiyi üçün vətəndaşların ora axını daha çox olur. 2 həftəlik sərt karantin rejimi zamanı digər iaşə oybyektlərindən fərqli olaraq müəyyən qaydalar qorunmaqla marketlərin fəaliyyətinə heç bir məhdudiyyət qoyulmayıb. Təəssüf ki, marketlərdə həmin qaydalara əməl edilmir. Kassaların qarşısında sosial məsafə qorunmur, insanlar maska və əlcəkdən istifadə etmədən marketlər daxil olur, girişdə heç bir dizenfeksiya qaydalarına əməl edilmir, açıq şəkildə satılan qida məhsullarına hər kəsin toxunmasına icazə verilir. Düzdür, bu virus ölkəmizdə yeni yayılmağa başladığı zaman müəyyən qədər açıq satılan qidalar izyolasiya olundu və insanların toxunmasına icazə verilmədi. Sadəcə əlcəkdə özləri toxunurdu. Təəssüf ki, sonrakı dövrdə bu qaydalara əməl edilmədi. Düşünürəm ki, marketlərin fəaliyyəti ilə bağlı qoyulan qaydalara tam əməl edilməlidir. Çünki Operativ Qərargahın qoyduğu qaydaların hər biri insanlarımızın sağlamlığının qorunmasına xidmət edir.
Qoyulan qaydalara əməl edilmədiyinə görə son həftələrdə gündəlik koronavirusa yoluxan və ölənlərin sayı çoxaldı. Hətta dünən yoluxanların sayı 590-a qədər yüksəldi. Hazırda Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2 həftəli sərt karantin rejimi elan edilib. Amma təəssüf ki, yenə də karantin rejimin qaydalarına əməl etməyən insanlarımız var. Məhz buna görə də bu gün karantin rejim bir az da sətləşdirilməsi barədə qərar verildi. Hazırda bütün dünya bu xəstəliklə mübarizə aparır. Eləcə də Azəbaycan. Dövlət tərəfindən bütün lazım olan addımlar atılır, qərarlar verilir. Bu məsələdə insanlarımızın sosial məsuliyyətini dərk etməsi vacibdir. Təəssüf ki, hələ də bu xəstəliyin varlığına inanmayan insanlar var. Bunu hər hansı oyun hesab edirlər. Amma bu xəstəlik mövcuddur və çox təhlükəlidir. Tək özümüz üçün deyil, yaxınlarımız və bütün cəmiyyət üçün məsuliyyətli olmalıyıq. Vətəndaşlarımız qoruyucu tibbi maskalardan istifadə edib, tələb olunan sosial məsafəni qorumalı və sanitar-gigyenik qaydalara riayət etməlidir. Qaldı ki, sərt karantin rejimin 2 həftə yenidən uzadılması bu barədə danışmaq hələlik tezdir. Hər şey gündəlik yoluxma dinamikasından asılı olacaq. Operativ Qərargah yoluxanların sayını və mövcud vəziyyəti analiz edib lazım olan qərarı verəcəkdir".
Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 25-06-2020 17:51
Baxış sayı: 4100
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını