Məhkəmə Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevi kriminal avtoritet Əziz Batukaevin sərbəst buraxılması işində korrupsiyada təqsirli bilib. Dalidag.az xəbər verir ki, korrupsiyada ittiham olunan Atambayevə hökm oxunub. Məhkəmə Almazbek Atambayevin korrupsiyanı təşkil etməkdə təqsirli bilinməsi, dövlət mükafatlarından məhrum edilməsi və əmlakının müsadirə olunması ilə 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib. Prokuror eks-prezidentin 15 il azadlıqdan

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı əsasında ölkəmizdə pandemiya ilə əlaqədar 4,8 milyon vətəndaşı əhatə edən məşğulluğa və sosial rifaha dəstək tədbirləri həyata keçirilib. Bu çərçivədə işsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlılara aprel-may aylarında aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi proqramı icra olunub, həmçinin işsizlikdən sığorta

Bakı şəhərindən Gəncə və Şəki şəhərlərinə qanunsuz sərnişin daşınaraq ölkə ərazindəki karantin qaydalarının pozulması ilə bağlı daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Qurumdan verilən məlumata görə, araşdırma zamanı Eldəniz Daşdəmirov və Hafiz İsgəndərovun sanitariya-gigiyena və karantin qaydalarını pozaraq istifadələrində olan avtomobillərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti almaqla onları Gəncə və Şəki şəhərlərinə
Yazı axını