Reklam
Erməni gülləsindən qurtulub, özümüzünkülərin "gülləsinə" tuş gələn kəlbəcərli məcburi köçkünlərin harayı - VİDEO
26-06-2020 19:55
Məmur özbaşınalığı, rüşvət faktoru bütün dünyanı ağuşuna alan və ölkəmizdən də yan ötməyən pandemiyalı günlərdə belə gündəm olaraq qalır. Dalidag.az xəbər verir ki, Goranboy rayonunun Erkəc kəndində məskunlaşan kəlbəcərli məcburi köçkün Mirəziz Yusifovun başına gətirilənlər də bunu təsdiqləyir. Yurd-yuvasından didərgin düşən məcburi köçkünlərin müvəqqəti sığındıqları yerdə məruz qaldıqları haqsızlıq və qovulma faktı həqiqətən də ürəkağrıdıcıdır. M.Yusifovun bildirdiyinə görə, Erkəc kənd İcra nümayəndəsi Qəzənfər Əhmədov tərəfindən ondan istənilən rüşvəti verə bilmədiyi üçün ailəlikcə adı çəkilən şəxsin təzyiqinə məruz qalıblar. Zərərçəkmiş onu da qeyd edib ki, öyrədilmiş yerli sakinlər tərəfindən özünə, ailə üzvlərinə xəsarət yetirilib və kənddən çıxmaları tələb olunub. Erməni gülləsindən qurtulub, özümüzünkülərin "gülləsinə" tuş gələn həmyerlilərimizin kömək üçün üz tutduğu ünvanlar yəqin ki, biganə və səssiz qalmayacaqlar...
Hadisənin öz əksini tapdığı daha ətraflı məlumat təqdim etdiyimiz videoda:
Dalidag.az
Kateqoriya: Kəlbəcər / Video
Tarix: 26-06-2020 19:55
Baxış sayı: 41 211Yazı axını
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
Ən çox oxunanlar
18-05-2026 18:20

17-05-2026 13:15




























