Reklam
Azər Qocayev şəhid İbrahim Vəliyevin ailəsi ilə görüşdü- ŞƏKİLLƏR
26-06-2020 15:58
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Vəliyev İbrahim Ələmşah oğlunun ailəsi ilə görüşdü.26 iyun Silahlı qüvvələr günü münasibətilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev sosial izolyasiya qaydalarına riayət etməklə, 25 fevral 2020-ci il tarixdə cəbhənin Qazax rayonu istiqamətində düşmənin diversiya hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuş, ölümündən sonra Hərbi Xidmətdə Fərqlənməyə görə 3-cü dərəcəli medalı ilə təltif edilən şəhid Vəliyev İbrahim Ələmşah oğlunun ailəsi ilə görüşdü. Görüş əsnasında rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışdı, Ümummilli liderimiz Heydər Əliyevin siyasətində şəhid ailələrinə dövlət qayğısının xüsusi yer tutduğunu bildirərək qeyd etdi ki, hazırda ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir.
Görüşdə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə istər sülh, istərsə də ordumuzun gücü ilə torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyi və şəhidlərimizin qisasının alınacağı əminliklə vurğulandı.
Şəhidin atası Ələmşah Vəliyev onlara göstərilən diqqət və qayğıya görə ailə üzvləri adından ölkə başçısına öz minnətdarlığını bildirərək, işğal altında olan torpaqlarımızın azadlığı yolunda özünün və doğmalarının şəhid olmağa hazır olduqlarını bildirdi.
Dalidag.az


Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 26-06-2020 15:58
Baxış sayı: 41 657Yazı axını
04 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
03 / 11 / 2025
03 / 11 / 2025
01 / 11 / 2025
01 / 11 / 2025
31 / 10 / 2025
30 / 10 / 2025
30 / 10 / 2025
29 / 10 / 2025
29 / 10 / 2025
28 / 10 / 2025
28 / 10 / 2025
27 / 10 / 2025
27 / 10 / 2025
26 / 10 / 2025
25 / 10 / 2025
25 / 10 / 2025
25 / 10 / 2025
25 / 10 / 2025
23 / 10 / 2025
23 / 10 / 2025
22 / 10 / 2025
21 / 10 / 2025
Ən çox oxunanlar




























