Reklam
Rusiyalı alim: Bakıya qarşı tarixi haqsızlıq…
27-06-2020 19:19
Bakının “qəhrəman şəhər” adına layiq görülməsi, ilk növbədə, tarixi ədalətin bərpa olunması deməkdir. Bu, Bakını müdafiə edən bütün sovet adamlarının rəşadətinə sayğı kimi dəyərləndiriləcək.
Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a müsahibəsində dosent, “Rusiya zabitləri” Ekspert Şurasının üzvü Aleksandr Perenciyev deyib.
Onun sözlərinə görə, Bakı neftinin itirilməsi faşist Almaniyası və onun muzdluları ilə vuruşan bütün SSRİ üçün ciddi fəlakətlə nəticələnə bilərdi, buna görə Bakını qorumğın əhəmiyyəti çox böyük idi:
“Bakının "qəhrəman şəhər" adını alması həm də Azərbaycan SSR-in Qırmızı ordu, xalq ordusu və partizan dəstələri sıralarında vuruşan əhalisinin igidliyinin göstərilməsi deməkdir”.
Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinin Moskvada təşkil olunan Böyük Vətən müharibəsinin 75 illiyinə həsr olunmuş paraddakı iştirakından danışan Perenciyev qeyd edib ki, Azərbaycan hərbçiləri parad zamanı nəinki əla sıravi hazırlıq bacarığı, həm də sovet ordusunun ənənələrinə hörmət nümayiş etdirmişlər:
“Böyük Vətən müharibəsi illərində Azərbaycan SSR ərazisində 77-ci, 223-cü, 271-ci, 402-ci və 416-cı Milli Azərbaycan diviziyaları yaradılmışdı. Azərbaycan oğullarının qəhrəmanlığını Qafqazdan Berlinə qədər döyüş yolu keçmiş və “Taqanroq” fəxri adını almış 416-cı atıcı diviziyasının nümunəsində göstərmək olar. Bu diviziyanın döyüşçüləri Taqanroq və Melitopolu azad etdi, 1944-cü ilin fevral ayının əvvəlində Almaniya vermaxtının 9-cu piyada diviziyasını darmadağın etdi.
Onlar Odessanı, Kişinyovu, Varşavanı azad edən qoşunların ön sıralarında idilər. 1945-ci ilin fevral ayında isə 416-cı diviziya 295-ci diviziya ilə birlikdə faşist qoşunlarının müdafiəsini yardı və Berlin qapısı hesab edilən Küstrin şəhərinə daxil oldu. Aprel ayında Almaniya paytaxtına hücumda iştirak edən Azərbaycan deviziyası 1 may 1945-ci ildə saat üç radələrində, şiddətli döyüşlərdən sonra Kayzer sarayını ələ keçirdi və sarayın üzərinə Qırmızı bayrağı dalğalandırdı. 2 may 1945-ci il səhər saatlarında isə leytenant Məcidovun rəhbərliyi altında diviziya döyüşçülərindən ibarət qrup Brandenburq qapıları üzərində Qırmızı bayraq ucaltmağa nail oldu”, - deyə Perenciyev qeyd edib.
Onun sözlərinə görə, bu faktları nəzərə alaraq Bakıya “qəhrəman şəhər” adı verilməsi vacibdir.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 27-06-2020 19:19
Baxış sayı: 4357
Yazı axını
26 / 12 / 2024
25 / 12 / 2024
25 / 12 / 2024
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
Ən çox oxunanlar