18 və 19 iyun tarixlərində keçirilən 9-cu sinif buraxılış, 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanlarının nəticələri elan olunub. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. İmtahanın nəticələri 21 iyun saat 15:35-dən etibarən DİM-in internet saytında yerləşdirilib. İştirakçılar imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə müvafiq olaraq aşağıdakı linklərdə tanış ola bilərlər: – 9-cu

Namiq Dəlidağlının yaradıcılığına boylananda orada bir tifili gördüm: yurd-yuva həsrətli, yetim baxışlı - niskilli, duman-çiskinli... Necə də yerində deyilib bu fikir: "…Yazılanlara tərif və ya tənqid hər bir şəxsin fikir və dünyaya baxış pəncərəsindən görüntülər olduğu üçün bu fərdlər heç zaman şair qəlbinin dərinliklərinə baş vura bilməzlər". Peşəkar qələm və söz adamının bədii yaradıcılıq nümunələrinə fikir bildirmək, haqqında bir neçə kəlmə yazmaq çox da asan deyil. Dəfələrlə olub ki, qələm

SSRİ tarixinin 1970-1980- ci illəri Kreml məmurlarının müəmmalı ölümləri ilə yadda qalıb. Bu hadisələrlə bağlı fərqli versiyalar səsləndirilsə də, mövcud dövrdə rəsmi mətbuat ölüm hadisələrinin səbəbini "uzun sürən xəstəlikdən sonra" ifadəsi ilə qapayıb. Həqiqətənmi, Siyasi Büro üzvlərinin qəfil ölümləri uzun sürən xəstəlikdən sonra baş verib?Müəmmalı ölümlərdə daha çox Yuri Andropovun adı hallanıb. 1967-ci ildə SSRİ DTK-sının sədri təyin edilən Andropov bir çox Kreml çinovnikləri üçün

“Azərbaycan Qarabağ probleminin həllini hansı şəkildə istəyərsə, biz o şəkildə Azərbaycana dəstək verməyə davam edəcəyik”. Dalidag.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Antalyada turizmlə bağlı keçirilən "Yenidən Kəşfet” layihəsinin təqdimatında jurnalistlərin sualların cavablandırarkən bildirib. Nazir deyib ki, Qarabağ problemi, Azərbaycanın işğal edilmiş torpaqları, sərhədləri və ərazi bütövlüyü məsələlərində Türkiyə hər zaman Azərbaycanın yanında olub:

Çin Tibbi Elmlər Akademiyasının nəzdində Tibbi Biologiya İnstitutu tərəfindən hazırlanan potensial koronavirus peyvəndi üçün klinik sınaqların ikinci mərhələsinin keçirildiyi bildirilib. Dalidag.az xəbər verir ki, vaksinin effektivliyi və etibarlılığının sınaqdan keçiriləcəyi mərhələ Yunnan əyalətində aparılacaq. Çinin Elm və Texnologiya Nazirliyinin məlumatına görə, bu günə qədər klinik tədqiqatlar üçün 5 fərqli potensial COVİD-19 peyvəndi sınanmaq üçün təsdiqlənib.teleqraf.com Dalidag.az

Dalidag.az Yusif Vəzir Çəmənzəminlinin hekayəsini təqdim edir: HƏKİM A y həkim, başına dönüm, bizdə bir azarlı var, tеz gəl, bir оna baх! Dеyəsən, allah еləməmiş, lap qarışıb. – Nəyidi? – Həkim, dünən üç-dörd girvənkə nохud-kişmiş yеyib, оndan bəri lap tirtap uzanıb. – Yəqin tох qarına özünü sоyuğa vеrib. Yеri gеdək görüm, haradadır? Həkim başmağının nalını daşa vurub taqqıldada-taqqıldada оrtabоy, papağının qırağı gеtmiş bir kişinin yanına düşüb bazar aşağı sallanıb gеtdi. İrəliki gün həkimə

O, həkim olmalıydı, hər şey birdən-birə dəyişməsəydi... Bəlkə də, səbəbkar rəhmətlik Əliağadı. 1928-ci iliydi. Dağıstanda pioner düşərgəsindəydik. Bizi cərgəyə düzmüşdülər, mən onuncuydum. Qayda beləydi: hər kəs sırada neçənci olduğunu yüksəkdən deməliydi. Növbə mənə çatanda “desyat” dedim. Məndən sonra dayanan oğlansa “odinnadsat” əvəzinə “desyat odin” dedi. Hamı gülüşdü. Nəzarətçi ona neçə dəfə “odinnadsat” sözünü təkrar elətdirsə də, oğlan tutduğundan əl çəkmədi. Onun qəribəliyi ürəyimə

Azərbaycanda icra başçısının müavini koronovirus infeksiyasından vəfat edib. Dalidag.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Piriyev bildirib. O qeyd edib ki, Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Əliyev bu gecə saat 01:45-də ölüb: “Onun koronavirusla yanaşı, şəkərli diabet və hipertoniya xəstəliyi olub”. Həkim qeyd edib ki, mərhumun həyat yoldaşı Əliyeva Arzu Şirin qızı və oğlunun vəziyyəti qənaətbəxşdir:

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq olunacaq. Dalidag.az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, Dövlət İmtahan Mərkəzi tərəfindən 24 və 25 iyun 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanların şəhər və rayonlar üzrə siyahısında

Azərbaycanda iyunun 21-i saat 00:00-dan iyulun 5-i saat 06:00-dək imtahanlar keçirilməyəcək. Bu, Baş Nazir Əli Əsədovun "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" imzaladığı qərarda əksini tapıb. Qərara əsasən, sərt karantin günlərində təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla) dayandırılıb. Dalidag.az
Yazı axını
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024