"...Qar yağırdı. Elə bil mələklər iki il əvvəl Nəbinin toyundakı qar dənələrini təkrar yerə endirirdilər, amma bu yer o yer deyildi..." Dalidag.az Fərid Muradzadənin yeni "Qar yağırdı" hekayəsini təqdim edir : Ç oxdandır ki şəhərə qar yağmırdı. Son illər dünyada baş verən iqlim dəyişkənliyi səbəbindən havalar qeyri-sabit keçir. Bir o qədər də fərqində olmadığımız anomal iqlim dəyişkənliyi zaman-zaman fəsadlarını daha da qabarıq göstərməyə başlayır ki, bu da ətraf aləmə, bütün canlı orqanizmə

Bu gün böyük Azərbaycan şairi Vaqif Səmədoğlunun doğum günüdür. Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirib. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri, "Oğuz eli" qəzetinin baş redaktoru vəzifələrində çalışıb. Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu

Bu gün saf ruhu, bənzərsiz şeiriyyəti, insanlığa, bəşəriyyətə... sevgisi ilə ölməzliyə qovuşan Mikayıl Müşfiqin döğum günüdür. Mikayıl Müşviq (İsmayılzadə Mikayıl Əbdülqadir oğlu) 1908-ci il iyunun 5-də Bakının Xızı kəndində ziyalı ailəsində dünyaya gəlmişdir. Hələ ay yarım olarkən anasını, 6 yaşında isə atasını itirən Mikayıl bacı və qardaşları ilə birlikdə yetim qalmış, yaxın qohumlarının himayəsində böyümüşdür. Onun atasi Mirzə Qədir İsmayılzadə “Səadət” məktəbində müəllim işləməklə yanaşı

Barmaqla sayılacaq bir neçə qızıl sözlü şairlərimiz var ki, klassiklərimizin ruhu, nəfəsi hopub əsərlərinə. Oxuduqca iç dünyasını, daxili aləmini, narahat ruhunu, lal harayını, səssiz əzabını duyur, heyrət edirsən. Belə qələm sahiblərindən biri də bir qəzəlində dediyi kimi, başı qarlı dağa bənzəyən qəzəl ustadı, könüllər ovsunlayan şeirlərin, romanların müəllifi, şeirlərinə vurduğu naxışlardan memarlığını, rəngarənglikdən rəssamlığını sübut edən gözəlqlbli şair, varlığıyla, dostluğuyla qürur

Bu gün tanınmış şair, jurnalist Əli Nəcəfxanlının doğum günüdür. Ömrün növbəti pilləsinə qədəm qoyan Ə. Nəcəfxanlı Tanrının seçilmiş bəndələrindən- sözə könül verənlərdən oldu. Söz ona, o sözə sevgisi, sadiqliyi ilə illərdir ədəbiyyat aləminə gözəl töhfələrini verməkdədir. İstər şair, istər jurnalist kimi neçə illərdir imzasını təsdiqləyən Əli müəllim bu gün də aktiv fəaliyyətdədir. Bir-birindən gözəl şeirləri, tərcümələri, publisistik yazıları, müxtəlif mövzuları əhatə edən çoxsaylı məqalələr

C əfər hündür barıya dırmaşıb həyətə boylandı. Zakirin yer qazdığını görüb qışqırdı: — Ey! Orda neyniyirsən? — Ağac əkirəm, — deyə Zakir astadan cavab verdi. Cəfər barını aşıb onun yanına gəldi. Zakir nazik zoğlu balaca alma ağacının birini Cəfərə uzatdı: — Al, bağınızda əkərsən, bir-iki ildən sonra böyüyər, bar verər, -dedi. Cəfər çiyinlərini çəkdi: — Nəyimə lazımdır? Uşaqlar sənin adını bağban qoyublar, özün də ək. — Pis iş deyil ki, sən də öyrən. — Mən bilirəm. — Bilmirsən… — Bilirəm. Onlar

"...gecədi, göy üzü axın! ...Ay batır səhərə yaxın. ...qələmin izinə baxın- şeirdi varağın üstdə..." Dalidag.az Rusiyada yaşayıb-yaradan şair Paşa Talıblının yeni şeirlərini təqdim edir: Dünya, sən qal... Qoy gedim, saxlama məni! ...məzəm yox, əl çək məzədən. Dünya, sən qal-sən qalansan! ...mən gedim gəlim təzədən. ...yerinə bax, dəni gözlə! ...dağına bax , çəni gözlə! ...dünya, sən qal, məni gözlə! ...mən gedim gəlim təzədən. ...dünya, sən qal, qalana bax! ...yeri-göyü talana bax! ...sən

Azərbaycan Xalq Cümhuriyyətinin memarı Məhəmməd Əmin Rəsulzadənin dilinin əzbəri olan bu misraları hər kəs yaxşı xatırlayır. “Sən bizimsən, bizimsən, durduqca bədəndə can, Yaşa, yaşa, çox yaşa, ey şanlı, Azərbaycan!” Misraların müəllifi Əmin Abid Gültəkin, bir vətən fədaisi, bir alim, bir şair və demokratik düşüncəli şəxsiyyət olub. Azərbaycan Xalq Cümhuriyyətinin fəal tərəfdarı kimi özünü onun əsgəri sayıb. Uzun illər haqqında çox az şey məlum olsa da, 90-cı illərin sonunda alimin həyatını

"Dolmaq üçün enib doğma Xəzərə Boşalmağa Kəlbəcərə sürünəm. Öpəm ayagından ulu Tərtərin. Çay boyunca Kevliçerə sürünəm..." Dalidag.az Sevinc Qəribin təqdimatında Adil Həmidin şeirlərini oxucuların ixtiyarına verir: BU QƏLƏBƏ ASAN GƏLMƏDİ BAŞA Bir şanlı tarixə döndü olanlar; Nişanlı gözləyən gözəl sonalar, Oğul toylarına həsrət analar, Şəhid xəbərinə oynadı qoşa. Bu qələbə asan gəlmədi başa. Yaralı dostunu atmadı darda. Qalxdı zirvələrə boranda,qarda. Üzbəüz döyüş də oldu arada. Birlik ordumuzu

"...Ürəyində dua edirdi ki, bütün ömrü boyu gözləməsinin əvəzinə barı ölüm tez gəlsin. “Mənə görə gəlmirsə, indiyəcən bütün gözlədənlərin, gecikənlərin savabına gəlsin, çox əziyyət çəkməyim”, − deyə Allha yalvarırdı" Dalidag.az tanınmış yazıçı İlqar Rəsulun hekayəsini təqdim edir: GÖZLƏYƏN ADAM S uqra arvad molla Mikayılın qabağını kəsib evə buraxmaq istəmədi: – Ay evin yıxılmasın, hara girirsən? Kişi hələ ölməyib, ağlı başındadır, səni görüb dəli olacaq! Molla arvadı kənara itələyib, özünü
Yazı axını
 
29 / 04 / 2024