Amin Namazlı Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Amin Namazlı yaradıcılığından: DİBÇƏKDƏKİ ADAMLAR Səsləri göydə burula-burula zəngulə kimi qırıq-qırıq olub qayaların üstünə calanan uşaqları lap uzaqdan gördüm. Buludların günün altında işləməkdən yorulub dincəlməyə gedən vaxtıydı deyə gün azacıq dazlaşan kəlləmə vurub keçəlimi işıldadırdı. Bir ayaqlarını yerə qoyub digəriylə taytıya-taytıya gedən uşaq ayaqqabılarının özüylə qaldırdığı tozun, qum

Valeh Qoca Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." runrikasının növbəti şeir ərmağanı Valeh Qoca yaradıcılığından: KÖRPÜ Sevəni sevəndən ayrı salırsan, Küsəni küsənlə barışdırırsan. Gecəni səhərlə, kəndi şəhərlə, Şəkəri zəhərlə qovuşdurursan. Düşürsən payızla qış arasına, Bahardan başlayıb yaydan keçirsən. Gəmilər batıran, evlər uçuran, Ley kimi yellənən çaydan keçirsən. Sinənin üstünə ağırlıq düşər, Torpağın ağrımaz, daşın ağrımaz. Ayağın bir ömür sularda qalar, Hələ bircə dəfə

Ruhiyyə Abbaszadə Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Ruhiyyə Abbaszadə yaradıcılığından: MÖCÜZƏ Fərid bu il ali məktəbə daxil ola bilmədiyi üçün çox sarsılmışdı.O,gecə-gündüz çalışıb böyük bir həvəslə umiversitetə hazırlaşsa da,lazım olan balı toplaya bilmədiyinə görə qəbul olunmadı.Halbuki,universitetə girmək və tələbə olmaq Fəridin bu dünyada ən böyük arzularından biri idi.O,bu arzusuna çatmaq üçün çox çətinliklərə dözmüşdü.Yayın ən qızmar

"Çeşmə" Ədəbi Məclisinin növbəti tədbiri keçirilib Dalidag.az xəbər verir ki, tədbiri giriş sözü ilə "Çeşmə" Ədəbi Məclisinin sədri, Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü, tanınmış şair- qəzəlxan Lilpar Cəmşidqızı açdı. O, tədbirdə iştirak edən qonaqları salamladıqdan sonra məclisin budəfəki görüşündə gənc şair Azər Vahidin yenicə çapdan çıxmış "Qəzəllər" kitabının təqdimatına həsr olunacağını qeyd elədi və ilk olaraq sözü Azərbaycan Yazıçılar Birliyininin üzvü,

Fərid Muradzadə Dalidag.az Fərid Muradzadənin yeni şeirini təqdim edir: ASTACA-ASTACA AXIR HƏKƏRİ Bosaldı ilgəyi, töküldü yüküm Sanki tənhalığım yox oldu bütün, Otuz il həsrətin sonunda bu gün, Ruhumu oxşayır çay ləpələri Astaca-astaca axır Həkəri. Yatağı, binəsı lap göyçək olub, Dörd yanı al-əlvan, gül-çiçək olub, İlahi, nə qədər sevincək olub, Qıvrila-qıvrıla keçir kəndləri Astaca-astaca axır Həkəri. Qaynayır,çaglayır gümüş suları, Ruhumu oxsayır gümüş suları, Buz kimi parlayır gümüş suları,

Sevinc Qərib Güzgüdəki mənəm?!. ...yox, mən deyiləm, mən olsaydım- təbəssüm toxuyardı kirpiklərim, duyğu misralanardı gözlərimdə, şeir dillənərdi baxışlarımda... Mən olsaydım- üşüməzdi əllərim, ağlamazdı saçlarım, ağrımazdı qollarım. Mən olsaydım- yıxılmazdım sənsizlik adlı ağrının ayaqlarına. Yoxluğuna bürünmüş dünyanın havasızlığından asmazdım nəfəsimi. Sükutu qucaqlamazdı qulaqlarım, qaranlığı öpməzdi gözlərim... Mən olsaydım- sevinc oynaşardı dodaqlarımda, kədər çiliklənərdi yanaqlarımda...

Əli Çağla Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı güneyli yazıçı Əli Çağla yaradıcılığından: LİMAN Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram, Qolumdakı zincirləri qıram gərək, qıram, qıram!.. Xəlil Rza Ulutük Uzaqdan əzanın səsi eşilirdi. "Bir neçə dəqiqədən sonra Təbrizin xiyabanlarında olan işıq dirəklərinin hamısının işığı bir göz qırpımında söndürüləcəkdir. Qızım, qaranlıqdan qorxmadın? Sonra kimisə qayışını bağlaya-bağlaya evdən küçəyə atılıb yerə

Reyhan Kənan Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Reyhan Kənan yaradıcılığından: QARIŞQA GÜCÜ İllər keçib gedər, səndə dayanmaz, Zülmət bir ürəkdə ümid oyanmaz, Özünü dünyada günahkar sanmaz, İnsanın şərəftək baş tacı varsa. Qaranlıq tunelin işığı uzaq, Parlayan gözlər var,bəlkə, yalquzaq!.. Kimsə bu tuneldə heç azmayacaq, Ümiddən tutmağa ip ucu varsa. Məndən nə qalacaq, səndən nə görək, Hər dərdə, əzaba dözdü bu ürək, Pislik nəyə gərək, dərd

Anar Seyidağa Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Anar Seyidağa yaradıcılığından: RUH Ruhun o deyilsə Məryəm də doğsa Tanrı da üfürsə zuhur eyləməz. Biz gəldik dunyaya uduzaq gedək, Ha qov, hesab yenə bir- bir eyləməz. Bu necə fiqurdu-bir küncü yoxdu, Nədən yeddi rəng var, narıncı yoxdu? Yaxşı ki, Allahın qılıncı yoxdu Yoxsa biz ölüncə səbir eyləməz. Düşün, bir elm var fərz deyə sənə, Bu necə isbatdı tərs deyə sənə? Elə başlar çıxır dərs deyə

Əlabbas Bağırov Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Əlabbas Bağırov yaradlcılığından: GÖZƏL Bibimin kəndə qayıtmağı camaat arasında bərk səs-küyə səbəb oldu. Az qala bütün kənd ondan danışırdı. Yazıq qadın küçəyə çıxmağa peşman idi, dərhal xısınlaşma başlayır, bibim gözdən itənə qədər arxasınca tamaşa eləyirdilər. Qonşumuz Şayəstə xalanın birinin də üstünə beşini qoyub danışanda elədiyi kimi, onların dəridən-qabıqdan çıxmalarından hiss eləyirdim ki,
Yazı axını