Reklam
Tanınmış şair Firuzə Məmmədlinin yeni kitabı çapdan çıxıb - ŞƏKİL
17-03-2021 19:54
Şair, tərcüməçi, ədəbiyyatşünas, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi Firuzə Məmmədlinin yeni kitabı işıq üzü görüb.Dalidag.az xəbər verir ki, kitab "Nə yaxşı yaxamda söz medalım var" adlanır.
Qeyd edək ki, Firuzə Məmmədli ədəbi fəaliyyətə 1963-cü ildən başlayıb. Gənc yaşlarından müxtəlif mövzuda qələmə aldığı şeirlər oxucular tərəfindən sevilir. 35 (bədii, elmi, publisistik, tərcümə) kitab, 100-dən artıq elmi, tənqidi və publisist məqalənin və "Bədii dilin mənbələri" adlı monoqrafiyanın müəllifidir. 10 cilddə "Seçilmiş əsərləri" çapdan çıxıb.
1992-ci ildə Türkiyədə Bursa şəhərində keçirilən Uluslararası şeir festivalının Əlişir Nəvai, 2000-ci ildə Bakı şəhərində keçirilən şeir müsabiqəsində İsa İsmayılzadə mükafatlarına layiq görülüb. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Özünün də tərcümə etdiyi xeyli sayda əsərlər var.
F.Məmmədli Azərbaycan Dövlət Pеdaqоji Univеrsitеtinin “Müasir Azərbaycan dili” kafedrasının dоsеnti, AYB Azad Həmkarlar İttifaqının sədridir.
Yeni kitabının işıq üzü görməsi münasibətilə, Firuzə xanımı təbrik edir, uğurlar arzu edirik. Oxucusu bol olsun!
Sevinc Qərib
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 17-03-2021 19:54
Baxış sayı: 3785Yazı axını
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
07 / 05 / 2026
06 / 05 / 2026
05 / 05 / 2026
Ən çox oxunanlar
18-05-2026 18:20

17-05-2026 13:15




























