Reklam
"Bəxtımə xış vuran şeytanın əlin, kəsən əl gəzirəm əli çıraqlı..." - Xaqani Abbasəli Öztürk
18-03-2021 20:34
Ömürlüyümdən kəsintilər
Çağımıza qədər gəlib çatan arxivlərdəki Qasımov Xaqani Abbasəli oğlu elə mənəm... Xaqani Abbasəli Öztürk. Azərbaycan Yazıçılar Birliyinin üzvü bir neçə kitab hüququ qazanmış kitabların müəllifi. Təhsilimi indiki Texniki Universitetin ögey anası olan Azərbaycan Politexnik insititutunda almışam. Siyasi düşüncəm ulusalçılıq və qisməndə milli özünü dərk fəlsəfi düşüncə tərzidir. Allaha inamım tamdı... Həyatımın dürüstlük düsturunun cavabı elə bərabərdir təmiz vicdan. Hələ sovet dönəmində Sumqayıt şəhəri komsomol komitəsində çalışdığım illərdə hər ayımın bir günlük əmək haqını uşaq fonduna köçürərdim. Vətənin müstəqilliyi uğrundakı döyüşlərdə arxada durmamışam və peşiman da deyiləm. Ailəliyəm və hətta ilahi nübar olan iki övladımda var. İlahinin dili olan və duyğu yasası saydığım şeirlər məktəb illərindən könüldaşım. Elə ədəbiyyatın bir millətin ictimai-siyasi və fəlsəfi tarixi olduğunu atamın müəllimlik missiyasını yerinə yetirdiyi dönəmlərdən özünə simgə seçdiyindən bilirəm.
Həyatımda keşkə dediyim dönəmlər ömrümün xeylək payına sahibdi.
Dünyayla ilk görüşüm Naxçıvan Muxtar Respublikasının Şərur Rayonunun Püsyan kəndində 1965-ci ilin 03 mart sabahına dənk gəlib. Müəllim övladı olduğumdan tənələrdən qorxaraq orta məktəbi “fərqlənmə” doplomu ilə bitirmişəm.
İlk kitabım doxsanıncı illərdə Türkiyədə çap olunub.
İlahi dəlilərə yaslanaraq insançılıq fəlsəfi düşüncəsinə xidmət edən poeziya mənim Allahu-təala ilə könül ilişkimdir. Sağ olduğumdan bu könüldaşlıq davam edir.
Mənə görə poeziya insan könlünə hüzür gətirən duyğularla zikr etməkdir.
Sağam, nə vaxt öləcəyimi bilmirəm, qalan ömrümü Həllacıca ibadətə adayacam.
Vaxtsız gəlmisən!
Sallana-sallana, sallanıb gələn,
İffətdən yanağı allanıb gələn.
Mələklər yurdunu dolanıb gələn,
Vədəsiz gəlmisən, vaxtsız gəlmisən.
İçimdə tikmişəm həsrətə heykəl,
De kim gəlişinə olurdu əngəl.
Gəlmədin mən sənə deyəndə hey gəl,
Vədəsiz gəlmisən, vaxtsız gəlmisən.
Gəlmisən, bu gəliş nəyi dəyişər,
Şeytan baxça salıb,adın qoyub şər.
Bizim sevdamızın yurd yeri məşər,
Vədəsiz gəlmisən, vaxtsız gəlmisən.
Mən səni əhv etdim, çoxdan a zalım,
Mən səni var etdim yoxdan a zalım.
Xəbərin varmıdı vaxtdan a zalım,
Vədəsiz gəlmisən, vaxtsız gəlmisən.
Keçdi göz yaşımı gizlədiyim gün,
Səni yaşam kimi özlədiyim gün.
Bu gün deyil səni gözlədiyim gün,
Vədəsiz gəlmisən, vaxtsız gəlmisən.
02.05.2011
Ölüm fərmanı!
Könlüm küçələri, sənsiz bomboşdu,
Haydı qalx, geri gəl, a xəyal gözlüm.
Gözlərim sevdandan haləm sərxoşdu,
Yetər bunca çilə a hilal gözlüm.
Çevirib könlümü xırman yerinə,
Gözümü ağlayan irmaq etmisən.
Bürüyüb sevdamı, güman tərinə,
Ömrümü həsrətə ortaq etmisən.
Çalası çilədən olan baxtımın,
Qapsını qəm döyür, yıllardı sənsiz.
Sən çıxıb gedəndən könül taxtımın.
İçində arzular yatır kəfənsiz.
Ağ bayraq qaldırıb, sənsiz kədərə,
Həsrət işğalından üşüyür könlüm.
Mən sevda yaşını verdim hədərə,
İndi sənsizlikdən töşüyür könlüm.
Haydi qalx geri gəl, gələcək isən,
Üşüyən sözümün isinsin canı.
Əgər bu həsrətlə öləcək isəm,
Həmən göndər gəlsin ölüm fərmanın.
03.07.2018
Yaşamaq bu isə...
Təqvim ağacından yarpaq düşdükcə,
Hər gün bir az daha uzaqlaşırsan.
İçimdə xatirən həp üşüdükcə,
Hər gün bir az artan üzdə qırışsan.
Səndə duran zaman məni daşıyır,
Köçəri daşıyan qara qatar tək.
Səndə ölən sevda məndə yaşıyır,
Köksüz, təzanəsi itən, o tar tək.
Əzəldən, əcəldən payımı aldım,
Gəlin tək süslədim qoşa günləri.
Yoxluğun içindən bir körpü saldım,
Daşıdım bahardan qışa günləri.
Dünyanın ən uca zirvəsi bəlkə,
Mənim könlümdəki, həsrət dağıdı.
Sakini ayrılıq olan tək ölkə,
Gözümdü qonağı əzgi-ağıdı.
Sənin yoxluğundan o yana gülüm,
Nə varsa, mənimçün yovşan gülüdü.
Sənin xatirənlə yaşayan könlüm,
Yaşamaq bu isə çoxdan ölüdü...
10.10.2018
Vətən
Həm məndən bu yana, həm də o yana
Gecəsi dan gəzən gözümsən Vətən
Günəşi qürubda qana boyanan
Hakk üçün soyulan sözümsən Vətən!...
Araz qəm kəməri belimdə qurşaq
Bir “yirmi faiz”də haçandı dustaq,
Günahkar axtarıb, məhkəmə qursaq
Utanan, qızaran üzümsən Vətən!...
Sənə gendən baxmaq, arıma gəlir
Təbrizsiz, Şuşasız zoruma gəlir.
Tək bircə təsəlli karıma gəlir
Alacam, sən mənim özümsən Vətən!..
Bülbül gözə gələr xoş avazınan
Barışdın baxtına düşən yazınnan
İstərəm biləsən bunu azınnan
Sən məndə, mən boyda dözümsən Vətən!..
29.04.2016
Vaxt daşımaqdan...
(Bu şeir özümə ünvanlanan təbriknamədir)
Zamanı xərclədim rüşvət kimi
Əllidən beş fazla il ala bildim
Bürünüb ilahi ruhu şərt kimi
Ömür çarşısında dik qala bildim.
Çilə dərgahında, çiləkeş oldum
Macalım olmadı, müşkülü çözəm
İmdada ömrümlə həp peşkeş oldum
İndi odu sönmüş, soyuyan közəm.
Ömürüm səhifəsi dolmuş gündəlik
Hörümçək ev tikən, rəfdə əsir.
Sələm yaşayıram ömrü hələlik
Nə qədər əzrayıl önümü kəsmir.
Daha yorulmuşam vaxt daşımaqdan
Sevdanı atmışam qəm quyusuna
İlahi bezmişəm ta yaşamaqdan
Nə olur tez yetir bu oyunu sona!
16.08.2019
Bu sabah!
Bu sabah göy üzü bəmbəyaz gəlin
Bu sabah ruhumun dili qadaxlı,
Baxtıma xış vuran şeytanın əlin
Kəsən əl gəzirəm əli çıraxlı...
Bu sabah süb şehin geyən təbiət
Sürməli gözəldi, yağmura düşmüş
Könlüm bircə eşqə eylədi biət
O, eşq atəşində təkcə üşümüş...
Bu sabah, sabahın özü biqərib
Ovunu qaçıran ovçu kimidi
Tanrı göy üzünə bir xalı sərib
Səma bu geyimdə, “savcı” kimidi.
Bu sabah bənzəmir ötən sabaha
Durna qanadından düşən lələyəm
Dünya özü boyda quduz ac kaha-
Ölümü xan Əsli məndə Lələyəm.
25.04.1998
Ömür onsuz darıxır...
Yalqız gəzər boz qurdu
Vicdandı hakkın yurdu
Ölüm ilahi nurdu
Ömür onsuz darıxar!
Aşiqlik hakka yürüş
Son görüşdü, ilk görüş
Ölüm özünə dönüş
Ömür onsuz darıxar!
Yaşamaq zaman dərsi
Dumandı,dərə sisi
Ölüm ömürün tərsi
Ömür onsuz darıxar!
İblis qədim cin adı
Dəyişməz cin inadı
Ölüm ruhun cihadı
Ömür onsuz darıxar!..
10.02.2000
Şeir surəsi!..
Bu bir şeir surəsi
Şeh payızın göz yaşı
Bulut göyün sürməsi
Dərd sevdanın adaşı
Bu bir şeir surəsi
Ağılın sərhəddi var
Eşqin ağıl ötəsi
Tapındığı cəddi var.
Bu bir şeir surəsi
Qəzəb hakkın vəkili
Hər eşqin öz çiləsi
Qismətində əkili
Bu bir şeir surəsi
Allah yolu könüldü
Vicdan Allah kölgəsi
Könüldə açan güldü
Bu bir şeir surəsi
Eşq ilahi şəmidi
Fırlanan yer kürəsi
Külli-sirlər cəmidi!...
07.02.2013
Səni!
Ağlayır içimdə rəsmin,
Yox ümüdü həvəsimin.
Titrəyən yazıq səsimin,
Tutacaq qarğışı səni!...
Dündə qalıb, aşiq çağım,
Söz dinləmir əl-ayağım.
A dünyada son durağım,
Tutacaq qarğışım səni!
Acıların tarifi yox,
Dərdin qəmin tərəfi yox.
Son ümüdün şərəfi yox,
Tutacaq qarğışım səni!....
Yıxıldı o, könül dağım,
İçim fəna dağım-dağım.
Sönən,susan od-ocağım,
Tutacaq qarğışım səni!...
02.08.2014
Eşqin sözü!
Ulduz doğmuş gecələr,
Göy eyzən çilli gözəl.
Sakit, siyah küçələr,
Aşiqlər üçün özəl...
Ağacların saçını,
Meh darıyır həfifcə.
Ayrılığın suçunu,
Öpüş çözür təbibcə.
Pıçhapıçla dodaqlar,
Birbirinə naz satır.
Yad səsə kar qulaqlar,
Öz hay küyündən batır.
Kipriklər çətir kimi,
Gizləyir qara gözü.
Nəfəslər ətir kimi,
Hər nəfəs eşqin sözü...
Ürəyin döyüntüsü,
Bəlli olur uzaqdan.
Gecə göyün tüstüsü
Çıxır aşiq ocaqdan.
17.05.2018
Ayrılıq vida dini!
Könlümdə sevgi yandı,
Gözüm qana boyandı.
Ölüm açıq bəyandı,
Əzəl başdan aşiqə...
Yarın kəskin baxışı,
Səpələr sis yağışı.
Həsrət eşqin qarğışı,
Əzəl başdan aşiqə.
Sevgi bir özgə ərkan,
Gülü qoruyar tikan.
Yaraşır köçmək nakam,
Əzəl başdan aşiqə...
Bu bir qərib qaydadı,
Dünya haydi-haydadı.
Qəmi dağlar boydadı,
Əzəl başdan aşiqə...
Sevda yıxar sevəni,
Kim bilmir bu nəğməni.
Ayrılıq vida dini,
Əzəl başdan aşiqə...
23.05.2008
Xaqani Abbasəli Öztürk
Dalidag.az
Çağımıza qədər gəlib çatan arxivlərdəki Qasımov Xaqani Abbasəli oğlu elə mənəm... Xaqani Abbasəli Öztürk. Azərbaycan Yazıçılar Birliyinin üzvü bir neçə kitab hüququ qazanmış kitabların müəllifi. Təhsilimi indiki Texniki Universitetin ögey anası olan Azərbaycan Politexnik insititutunda almışam. Siyasi düşüncəm ulusalçılıq və qisməndə milli özünü dərk fəlsəfi düşüncə tərzidir. Allaha inamım tamdı... Həyatımın dürüstlük düsturunun cavabı elə bərabərdir təmiz vicdan. Hələ sovet dönəmində Sumqayıt şəhəri komsomol komitəsində çalışdığım illərdə hər ayımın bir günlük əmək haqını uşaq fonduna köçürərdim. Vətənin müstəqilliyi uğrundakı döyüşlərdə arxada durmamışam və peşiman da deyiləm. Ailəliyəm və hətta ilahi nübar olan iki övladımda var. İlahinin dili olan və duyğu yasası saydığım şeirlər məktəb illərindən könüldaşım. Elə ədəbiyyatın bir millətin ictimai-siyasi və fəlsəfi tarixi olduğunu atamın müəllimlik missiyasını yerinə yetirdiyi dönəmlərdən özünə simgə seçdiyindən bilirəm.
Həyatımda keşkə dediyim dönəmlər ömrümün xeylək payına sahibdi.
Dünyayla ilk görüşüm Naxçıvan Muxtar Respublikasının Şərur Rayonunun Püsyan kəndində 1965-ci ilin 03 mart sabahına dənk gəlib. Müəllim övladı olduğumdan tənələrdən qorxaraq orta məktəbi “fərqlənmə” doplomu ilə bitirmişəm.
İlk kitabım doxsanıncı illərdə Türkiyədə çap olunub.
İlahi dəlilərə yaslanaraq insançılıq fəlsəfi düşüncəsinə xidmət edən poeziya mənim Allahu-təala ilə könül ilişkimdir. Sağ olduğumdan bu könüldaşlıq davam edir.
Mənə görə poeziya insan könlünə hüzür gətirən duyğularla zikr etməkdir.
Sağam, nə vaxt öləcəyimi bilmirəm, qalan ömrümü Həllacıca ibadətə adayacam.
Vaxtsız gəlmisən!
Sallana-sallana, sallanıb gələn,
İffətdən yanağı allanıb gələn.
Mələklər yurdunu dolanıb gələn,
Vədəsiz gəlmisən, vaxtsız gəlmisən.
İçimdə tikmişəm həsrətə heykəl,
De kim gəlişinə olurdu əngəl.
Gəlmədin mən sənə deyəndə hey gəl,
Vədəsiz gəlmisən, vaxtsız gəlmisən.
Gəlmisən, bu gəliş nəyi dəyişər,
Şeytan baxça salıb,adın qoyub şər.
Bizim sevdamızın yurd yeri məşər,
Vədəsiz gəlmisən, vaxtsız gəlmisən.
Mən səni əhv etdim, çoxdan a zalım,
Mən səni var etdim yoxdan a zalım.
Xəbərin varmıdı vaxtdan a zalım,
Vədəsiz gəlmisən, vaxtsız gəlmisən.
Keçdi göz yaşımı gizlədiyim gün,
Səni yaşam kimi özlədiyim gün.
Bu gün deyil səni gözlədiyim gün,
Vədəsiz gəlmisən, vaxtsız gəlmisən.
02.05.2011
Ölüm fərmanı!
Könlüm küçələri, sənsiz bomboşdu,
Haydı qalx, geri gəl, a xəyal gözlüm.
Gözlərim sevdandan haləm sərxoşdu,
Yetər bunca çilə a hilal gözlüm.
Çevirib könlümü xırman yerinə,
Gözümü ağlayan irmaq etmisən.
Bürüyüb sevdamı, güman tərinə,
Ömrümü həsrətə ortaq etmisən.
Çalası çilədən olan baxtımın,
Qapsını qəm döyür, yıllardı sənsiz.
Sən çıxıb gedəndən könül taxtımın.
İçində arzular yatır kəfənsiz.
Ağ bayraq qaldırıb, sənsiz kədərə,
Həsrət işğalından üşüyür könlüm.
Mən sevda yaşını verdim hədərə,
İndi sənsizlikdən töşüyür könlüm.
Haydi qalx geri gəl, gələcək isən,
Üşüyən sözümün isinsin canı.
Əgər bu həsrətlə öləcək isəm,
Həmən göndər gəlsin ölüm fərmanın.
03.07.2018
Yaşamaq bu isə...
Təqvim ağacından yarpaq düşdükcə,
Hər gün bir az daha uzaqlaşırsan.
İçimdə xatirən həp üşüdükcə,
Hər gün bir az artan üzdə qırışsan.
Səndə duran zaman məni daşıyır,
Köçəri daşıyan qara qatar tək.
Səndə ölən sevda məndə yaşıyır,
Köksüz, təzanəsi itən, o tar tək.
Əzəldən, əcəldən payımı aldım,
Gəlin tək süslədim qoşa günləri.
Yoxluğun içindən bir körpü saldım,
Daşıdım bahardan qışa günləri.
Dünyanın ən uca zirvəsi bəlkə,
Mənim könlümdəki, həsrət dağıdı.
Sakini ayrılıq olan tək ölkə,
Gözümdü qonağı əzgi-ağıdı.
Sənin yoxluğundan o yana gülüm,
Nə varsa, mənimçün yovşan gülüdü.
Sənin xatirənlə yaşayan könlüm,
Yaşamaq bu isə çoxdan ölüdü...
10.10.2018
Vətən
Həm məndən bu yana, həm də o yana
Gecəsi dan gəzən gözümsən Vətən
Günəşi qürubda qana boyanan
Hakk üçün soyulan sözümsən Vətən!...
Araz qəm kəməri belimdə qurşaq
Bir “yirmi faiz”də haçandı dustaq,
Günahkar axtarıb, məhkəmə qursaq
Utanan, qızaran üzümsən Vətən!...
Sənə gendən baxmaq, arıma gəlir
Təbrizsiz, Şuşasız zoruma gəlir.
Tək bircə təsəlli karıma gəlir
Alacam, sən mənim özümsən Vətən!..
Bülbül gözə gələr xoş avazınan
Barışdın baxtına düşən yazınnan
İstərəm biləsən bunu azınnan
Sən məndə, mən boyda dözümsən Vətən!..
29.04.2016
Vaxt daşımaqdan...
(Bu şeir özümə ünvanlanan təbriknamədir)
Zamanı xərclədim rüşvət kimi
Əllidən beş fazla il ala bildim
Bürünüb ilahi ruhu şərt kimi
Ömür çarşısında dik qala bildim.
Çilə dərgahında, çiləkeş oldum
Macalım olmadı, müşkülü çözəm
İmdada ömrümlə həp peşkeş oldum
İndi odu sönmüş, soyuyan közəm.
Ömürüm səhifəsi dolmuş gündəlik
Hörümçək ev tikən, rəfdə əsir.
Sələm yaşayıram ömrü hələlik
Nə qədər əzrayıl önümü kəsmir.
Daha yorulmuşam vaxt daşımaqdan
Sevdanı atmışam qəm quyusuna
İlahi bezmişəm ta yaşamaqdan
Nə olur tez yetir bu oyunu sona!
16.08.2019
Bu sabah!
Bu sabah göy üzü bəmbəyaz gəlin
Bu sabah ruhumun dili qadaxlı,
Baxtıma xış vuran şeytanın əlin
Kəsən əl gəzirəm əli çıraxlı...
Bu sabah süb şehin geyən təbiət
Sürməli gözəldi, yağmura düşmüş
Könlüm bircə eşqə eylədi biət
O, eşq atəşində təkcə üşümüş...
Bu sabah, sabahın özü biqərib
Ovunu qaçıran ovçu kimidi
Tanrı göy üzünə bir xalı sərib
Səma bu geyimdə, “savcı” kimidi.
Bu sabah bənzəmir ötən sabaha
Durna qanadından düşən lələyəm
Dünya özü boyda quduz ac kaha-
Ölümü xan Əsli məndə Lələyəm.
25.04.1998
Ömür onsuz darıxır...
Yalqız gəzər boz qurdu
Vicdandı hakkın yurdu
Ölüm ilahi nurdu
Ömür onsuz darıxar!
Aşiqlik hakka yürüş
Son görüşdü, ilk görüş
Ölüm özünə dönüş
Ömür onsuz darıxar!
Yaşamaq zaman dərsi
Dumandı,dərə sisi
Ölüm ömürün tərsi
Ömür onsuz darıxar!
İblis qədim cin adı
Dəyişməz cin inadı
Ölüm ruhun cihadı
Ömür onsuz darıxar!..
10.02.2000
Şeir surəsi!..
Bu bir şeir surəsi
Şeh payızın göz yaşı
Bulut göyün sürməsi
Dərd sevdanın adaşı
Bu bir şeir surəsi
Ağılın sərhəddi var
Eşqin ağıl ötəsi
Tapındığı cəddi var.
Bu bir şeir surəsi
Qəzəb hakkın vəkili
Hər eşqin öz çiləsi
Qismətində əkili
Bu bir şeir surəsi
Allah yolu könüldü
Vicdan Allah kölgəsi
Könüldə açan güldü
Bu bir şeir surəsi
Eşq ilahi şəmidi
Fırlanan yer kürəsi
Külli-sirlər cəmidi!...
07.02.2013
Səni!
Ağlayır içimdə rəsmin,
Yox ümüdü həvəsimin.
Titrəyən yazıq səsimin,
Tutacaq qarğışı səni!...
Dündə qalıb, aşiq çağım,
Söz dinləmir əl-ayağım.
A dünyada son durağım,
Tutacaq qarğışım səni!
Acıların tarifi yox,
Dərdin qəmin tərəfi yox.
Son ümüdün şərəfi yox,
Tutacaq qarğışım səni!....
Yıxıldı o, könül dağım,
İçim fəna dağım-dağım.
Sönən,susan od-ocağım,
Tutacaq qarğışım səni!...
02.08.2014
Eşqin sözü!
Ulduz doğmuş gecələr,
Göy eyzən çilli gözəl.
Sakit, siyah küçələr,
Aşiqlər üçün özəl...
Ağacların saçını,
Meh darıyır həfifcə.
Ayrılığın suçunu,
Öpüş çözür təbibcə.
Pıçhapıçla dodaqlar,
Birbirinə naz satır.
Yad səsə kar qulaqlar,
Öz hay küyündən batır.
Kipriklər çətir kimi,
Gizləyir qara gözü.
Nəfəslər ətir kimi,
Hər nəfəs eşqin sözü...
Ürəyin döyüntüsü,
Bəlli olur uzaqdan.
Gecə göyün tüstüsü
Çıxır aşiq ocaqdan.
17.05.2018
Ayrılıq vida dini!
Könlümdə sevgi yandı,
Gözüm qana boyandı.
Ölüm açıq bəyandı,
Əzəl başdan aşiqə...
Yarın kəskin baxışı,
Səpələr sis yağışı.
Həsrət eşqin qarğışı,
Əzəl başdan aşiqə.
Sevgi bir özgə ərkan,
Gülü qoruyar tikan.
Yaraşır köçmək nakam,
Əzəl başdan aşiqə...
Bu bir qərib qaydadı,
Dünya haydi-haydadı.
Qəmi dağlar boydadı,
Əzəl başdan aşiqə...
Sevda yıxar sevəni,
Kim bilmir bu nəğməni.
Ayrılıq vida dini,
Əzəl başdan aşiqə...
23.05.2008
Xaqani Abbasəli Öztürk
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 18-03-2021 20:34
Baxış sayı: 3471
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23