"...Ürəyində dua edirdi ki, bütün ömrü boyu gözləməsinin əvəzinə barı ölüm tez gəlsin. “Mənə görə gəlmirsə, indiyəcən bütün gözlədənlərin, gecikənlərin savabına gəlsin, çox əziyyət çəkməyim”, − deyə Allha yalvarırdı" Dalidag.az tanınmış yazıçı İlqar Rəsulun hekayəsini təqdim edir: GÖZLƏYƏN ADAM S uqra arvad molla Mikayılın qabağını kəsib evə buraxmaq istəmədi: – Ay evin yıxılmasın, hara girirsən? Kişi hələ ölməyib, ağlı başındadır, səni görüb dəli olacaq! Molla arvadı kənara itələyib, özünü

Əslən Kəlbəcərdən olan ictimai fəal,gənc şair Samir Mustafayev Prezident İlham Əliyevin iştirakı ilə Şuşanın Cıdır düzündə keçirilən möhtəşəm “Xarıbülbül” musiqi festivalının ictimai və mənəvi-ideoloji əhəmiyyətini yazdığı maraqlı şeirlə ifadə edib. Dalidag.az kanal32.az-a istinadən həmin şeiri təqdim edir: DÖNDÜ Necə yazmayasan bu xoş günlərdən?! Xalqımın qüruru özünə döndü. Qurtulduq o ağır, çətin illərdən, Millətin sevinci üzünə döndü. Sərkərdəmiz əzdi düşmənin başın, Çıxdı azadlığa

Cəfər Cabbarlı 20 mart 1899-ci ildə Xızıda yoxsul kəndli ailəsində anadan olmuşdur. Onun Azərbaycan ədəbiyyatının zənginləşməsində çox böyük xidmətləri olmuşdur. Cəfər Cabbarlının yaradıcılığı çox zəngindir. Onun şeirləri, pyesləri ilə yanaşı hekayələridə Azərbaycan ədəbiyyatı üçün olduqca qiymətlidir. Onun “Mənsur və Sitarə”, “Əhməd və Qumru”, “Parapetdən Şamaxı yoluna qədər”, “Müfəttiş”, “Çocuq”, “Altun heykəl”, “Qara Qənbər”, “Gülzar”, “Dilarə”, “Aslan və Fərhad”, “Papaq”, “Dilbər”, “Firuzə”

Sabir Şirvan Deyirlər Peyğəmbərlərdən sonra Allaha ən yaxın olan zümrə şairlərdir. Əlbəttə, söhbət iddiaları özlərindən böyük olan, cızmaqaraları ilə elə bil insanların ədəbi zövqünü korlamağı özlərinə borc bilən və sosial şəbəkələrdə meydan sulayan qrafomanlardan yox, ədəbi aləmi zənginləşdirmək arzusunda olan əsl istedad sahiblərindən gedir. Məhz bu prizmadan yanaşanda, Sabir Şirvanın rəvan təbli-istedadlı söz adamı olduğunu elə bəri başdan əminlik hissiylə söyləyə bilərəm. Nə qədər

"...Gecənin qaranlığında üstünə ayaq almış sərgüzəştlər xəyalını sürükləyib ardınca aparır, sonra yarı yolda buraxır. Solmaz bir anda özünü başqa bir gedişatda, ayrı söhbətdə bulurdu. Hər gecə “daş kimi düşən” Solmaz bu gecə çağladıqca çağlamaqda idi..." Dalidag.az yazıçı Mehriban Vəzirin “Alagözüm” hekayəsini təqdim edir. B u gecə yataq otağı qapqaranlıq idi. Qalın, məxmər pərdələr çəkilib kip-kip örtülmüş, küçə lampalarından içəri süzülən yarımcan işığın önü ciddi bir cəhdlə kəsilmişdi. Göz

Xalq şairi Sabir Rüstəmxanlının 75 illiyinə həsr olunmuş "Sabir Rüstəmxanlı üçün yaz” adlı yazı müsabiqəsi elan edilib. Dalidag.az xəbər verir ki, "Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə keçirilən müsabiqəyə #rüstəmxanlıüçünyaz, #sabirrüstəmxanlı75 həştəqlərindən istifadə edərək sosial şəbəkələrdə ("Facebook”, "Twitter”, "İnstagram”) paylaşım etməklə və ya məqalə qələmə almaqla qatılmaq mümkündür. Yazılmış məqalə və sosial şəbəkələrdə edilmiş paylaşımlar arasından seçim ediləcək və müəyyən

Rasim Kərimli 1 may 1932-ci ildə Tovuz rayonu Düz Qırıqlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1951-1956-cı illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Uşaqlıqdan saz, zurna-balaban çalan, Bakı Dövlət Universitetində oxuyarkən qarmon və pianino çalmağı öyrənən Rasim Kərimli universitetin bədii özfəaliyyət dərnəyinin ən fəal üzvlərindən biri idi. Hələ orta məktəbdə oxuyarkən şeir yazan Rasim bu vaxt artıq respublika mətbuatında çap olunurdu. Bir il

Lətifə Orucun “Sirli gedişlər” romanının yaratdığı təəssürat Ədəbiyyatı, onun əsas komponenti olan ədəbi-bədii söz mülkünü kökü tarixin minillik qatlarına uzanan, qollu-budaqlı bir ağaca bənzədirlər. Onu müxtəlif zamanlarda yaşamış, fərqli zövqlərə və dünyagörüşünə malik soydaşlarımızın əsrlərlə yaratdıqları və bu günə qədər gəlib çıxan bədii irsimizin toplumu da adlandırmaq mümkündür. Bura, əlbəttə, zəngin folklor nümunələri, ozan-aşıq yaradıcılığı, yazılı klassik ədəbi-bədii və müasir, Avropa

"Bax elə o gün bu gündür ki, yer üzərindəki bu cinlər təpəmə necə vurublarsa mən hər gün Allaha məktub yazıb poçt qutusuna atıram, ancaq ünvan qeyd olunmadığından qalaq-qalaq məktublarımı geriyə qaytarıb özümə verirlər…" Dalidag.az Fərid Muradzadənin hekayəsini təqdim edir: MƏKTUB P roblemləri başından aşan dünyanın kiçik bir guşəsi olsa da böyük problemlər içində ağrıdan qıvrılan məmləkətimin sıravi bir vətəndaşı olaraq məni son zamanlar çox sıxan, sıxıntısı ilə bərabər olduqca da əzab verən

Birinci sinifə iki qonşu uşaq gətirirlər. İkisi də eyni yerdə - eyni partada yanaşı oturur. Bir-birinə məhrəm, mehriban iki qonşu uşaq. Bir oğlan, bir qız. Oğlan uşağı sapsarı, ağıllı gözləri olan , yaşına uyğun gəlməyən ciddiyyətli, az danışan, mısmırıqlı, utandığından başın qaldırıb heç kəsə baxmayan, amma istedadı üz-gözündın bəlli olan, qız dilli-dilavər, qaraqaş-qaragöz, qara qıvrım telli. Sinif bölünür, müəlimə onların yerini dəyişir. Qızı qonşu sinfə aparırlar, oğlan bu sinifdə qalır,
Yazı axını
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024