Reklam
Kəlbəcərli gənc Prezidentin Şuşa səfərini nəzmə çəkdi
20-05-2021 21:56

Əslən Kəlbəcərdən olan ictimai fəal,gənc şair Samir Mustafayev Prezident İlham Əliyevin iştirakı ilə Şuşanın Cıdır düzündə keçirilən möhtəşəm “Xarıbülbül” musiqi festivalının ictimai və mənəvi-ideoloji əhəmiyyətini yazdığı maraqlı şeirlə ifadə edib.
Dalidag.az kanal32.az-a istinadən həmin şeiri təqdim edir:
DÖNDÜ
Necə yazmayasan bu xoş günlərdən?!
Xalqımın qüruru özünə döndü.
Qurtulduq o ağır, çətin illərdən,
Millətin sevinci üzünə döndü.
Sərkərdəmiz əzdi düşmənin başın,
Çıxdı azadlığa torpağım, daşım.
“Dəmir Yumruq” oldu hər vətəndaşım,
Cənabın bir kəlmə sözünə döndü.
Haqq yolunun dözdülər hər anına,
Vəlvələ saldılar düşmən canına.
Vətən Şəhidlərin axan qanına,
Qazinin qaranlıq gözünə döndü.
Yağının xülyasın tamam çöndərdi,
Torpaqdan rədd etdi, gora göndərdi.
İgidlər dağları yola döndərdi,
Dağlar Pənahəli izinə döndü.
Yüksək saxlayırıq hər an xidmətin,
Qardaşın qardaşa böyük hörmətin.
Naxçıvan, Zəngəzur atdı həsrətin,
Yolumuz Laçın dəhlizinə döndü.
Azad etdi hər kəndi, hər şəhəri,
Öz gücüylə heyran etdi bəşəri.
Əldə silah Azərbaycan əsgəri,
Doğma ocağına, közünə döndü.
Hər uğurda Öndərimiz dayandı,
44 günə Böyük Zəfər yarandı.
Mehriban xanımla gəzib dolandı,
Şükür Paşam Cıdır düzünə döndü.
Samir Mustafayev
Kəlbəcər sakini
Kateqoriya: Poeziya-nəsr
Tarix: 20-05-2021 21:56
Baxış sayı: 3478Yazı axını
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
07 / 05 / 2026
06 / 05 / 2026
05 / 05 / 2026
Ən çox oxunanlar
18-05-2026 18:20

17-05-2026 13:15




























