Reklam

Adil Mirseyid Bu gün səmadan bir söz yerə düşdü. Bir az külək kimi sərbəst, bir az göz yaşı kimi ağır… bu gün – azadlığın, poeziyanın və tənhalığın şairi Adil Mirseyidin dünyadan köçdüyü gündür. Bəzən bir şair təkcə şeir yazmır. O, zamanla danışır, susqunluğu ilə qışqırır, tənhalığı ilə bir millətin iç səsini ifadə edir. Adil Mirseyid də belə şairlərdən idi. Onun poeziyası elə bil göy üzünün qəlbinə yazılmışdı – təmkinli, hüzünlü və sarsıdıcı dərəcədə azad. Tənhalıq onun poeziyasının

Vasif Süleyman Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Vasif Süleyman yaradıcılığından: HƏR GECƏ BİR ŞEİR QIRILAN ÖMÜR Bu da yol ayrıcı, o köhnə dalan, Sənsiz viran olub yorulan ömür. Hər səhər bir misra tökülüb qalan, Hər gecə bir şeir qırılan ömür. Çiçək ömrü kimi qırılır elə, Kim deyir nəyisə itirmək asan… Mənim itirdiyim bir yana hələ, Sən bu ayrılıqdan nə qazanmısan… Nə qəm ki, yuxuya bənzəyir eynən, Fələk qapımızı daşlayan kimi... Bir də

İlqar Kamil Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəri hekayə ərmağanı İlqar Kamil yaradıcılığından: UÇUŞ Elə bil mıx üstündə oturmuşdu, bərk narahatdı; sağa baxdı, sola çöndü, arxasına çevrildi, qəribədir, ondan başqa heç kimin heç nə vecinə deyildi, elə oturmuşdular, elə bil restoranda ofisianta nəsə sifariş verib arın-arxayın gözləyirdilər. Bu onu nisbətən sakitləşdirdi: heç kim qorxmursa demək ki, qorxulu bir şey yoxdur! Amma çox çəkmədi, yenidən xof bürüdü canını: birdən

Habil RzaNur Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Habil RzaNur yaradıcılığından: MƏN ELƏ ÇOX… Mən elə çox darıxıram, İlahi… Pəncərələr gözlərimə yas tutub. Pərdələr də yamaqlardan ağlayır, Şüşələr də xəcalətdən tərləyib. Nə gələnim, nə gedənim var daha. Gör nə vaxtdır bu evciyin bir kərə, Bircə kərə, qapıları açılmır. Daşa dönüb, cəftələri pas tutub. Məktublar da cana gəlib əlimdən, Göyərçinlər yoruldular, İlahi… Bütün sevgi şeirləri yazıldı,

Aygün Cəfərova Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Aygün Cəfərova yaradıcılığından: YURDÇU (Həyat ən usta yazıçıdır.) Evin kandarındakı kiçik xalçanın üstünə ayağını qoyacağı anda kələ-kötürlüyündən bildi ki, xalçanın altında nəsə var. Kənarını qaldırdı ki, əlini xalçanın altına salıb o “nəsə”ni götürə. Həmin vaxtda xalçanın kənarından çıxan qara quyruğu gördü – ilan quyruğu idi. Qorxudan geri atıldı. – Ay Allah, evə ilan girib?! – titrək səsi böyük

Əzizağa Elsevər Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Əzizağa Elsevər yaradıcılığından: İT QOHUMLUĞUNUN AQİBƏTİ Muxtar müəllim yaşadığı evin həyətinə təzəcə girmişdi ki, cardağın altında oturub söhbətləşən qonşulardan biri, düzlüyü, təmizliyi və halallığı ilə tanınan Nəcəf kişi yerindən qalxıb onun qabağına gəldi: -Salam, ay Muxtar müəllim! — deyib, əlini sıxdı. Qoluna girib azman çinarın kölgəliyinə tərəf çəkdi. -Necəsiniz, yaxşısınızmı? Bir binada

Azad Fərhadoğlu Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Azad Fərhadoğlu yaradıcılığından: * * * Həyat dar cığırdır, keçir dumandan, bilməzsən axırı haraya çıxır. Bəzən, bir ucqarda, köhnə daxmaya, bəzən də, bir qolu saraya çıxır. Nə sirrdir, çalxanır, silkinir elə.. ya.. dünya atmıdır, dəvəmi yoxsa? Harada düşürür, xəbərin olmur, bir də baxırsan ki, üstündə yoxsan. Bəlkə arzulardır, durna qatarı, adam darıxanda, belə də sanır. Yox.. biz bu dünyada

Hafiz Ataxanlı Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Hafiz Ataxanlı yaradıcılığından: ÜZÜYOLA ADAM Bəzən elə ağlasığmaz işlərdə onu şahid tuturdular ki, Allaha and olsun, ölü toyuğun gülməyi gəlirdi. Bir gün böyük bir məclisdə tələbə yoldaşı durub deyəsən ki, de, Fazil Allah şahidi, 2-ci kursda Moskvadan gəlmiş professor nə qədər dil tökdü, yalvardı-yaxardı ki, gəl səni aparaq böyük paytaxta, 3-cü kursu bizdə oxu, getmədim. Yadındadı, Fazil? Üzüyola Fazil

Fəxrəddin Teyyub Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Fəxrəddin Teyyub yaradıcılığından: QAYITMAZ O ÇAĞLAR GERİYƏ BİR DƏ Axşam o axşamdı, səhər o səhər, Kimsə deməsin ki, zaman dəyişdi. Kasıb baş girləyir yenə bir təhər, Allah, keyfə baxır varlı, nə işdi? Bilmirəm, nə qədər baxarlar göyə? Sevinc istəyirəm, kədər verirsən. Adam ürəyinə yox deyə- deyə, Ömrü başa vurur, bir də görürsən. Ümidin yolları qar, sazaq kimi, Neçə yol boz üzün gördüm

Firuz Mustafa Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Firuz Mustafa yaradıcılığından: BƏYAZ RƏQS Yavər müəllim ağaca söyкənib оynayanlara tamaşa еdirdi. Rəqs mеydançası cavanlarla dоlu idi. Düzdür, ətrafda yaşlı adamlar da vardı: özləri də bayaqdan cavanların dəstəsində rəqs еdirdilər. Amma çalğıçılar indi havanı dəyişdirmişdilər – ritmiк musiqi sürətlə оynamağı tələb еdirdi кi, buna da sinlilərin girişməyə cürəti çatmırdı. Rəqs еdənlər çalınan havaya uyğun
Yazı axını
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
Ən çox oxunanlar





























