Reklam
"Ya şəhid olaram, ya da kı, qazı, təki Vətən məndən qoy olsun razı!" - Hüseyn Mirzə
27-06-2021 14:59

"...Vermərəm yağıya bir nəfəs aram!
Nə qədər ordumda mən əsgər varam!"
Dalidag.az Hüseyn Mirzənin vətənpərvərlik ruhunda yazılmış bir şeirini təqdim edir:
ƏSGƏR MARŞI
Baxın, baxın yaxşı baxın!
Düşmən yuxusuna haram qatsın, haram
Güclənirik aram, aram....
Deyirlər dərdimə dərman tapılıb,
Daha sağalacaq qan tökən yaram...
Daha qəmə batıb, hissə qapılıb,
Analar xəyala dalmayacaqdı,
Qisasım qiyamətə qalmayacaqdı,
Vermərəm yağıya bir nəfəs aram!
Nə qədər ordumda mən əsgər varam!
Mənə silah verin, mənə od verin,
Uçum qanadlanım, bir qanad verin,
Gülləm qurtararsa, süngümü taxın,
Düşmənin bağrını yandırıb-yaxım!
Nə qədər tapdanır torpaqda haram,
Qılıncı qınına qəti qoymaram!
Nə sevgilim ağlasın, nə də ki, anam,
Mən yandıranam, deyiləm yanan,
Qisasım aşkardır, kimdir ki, danan?
Ya şəhid olaram, ya da kı, qazı,
Təki Vətən məndən qoy olsun razı!

Hüseyn MİRZƏ
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 27-06-2021 14:59
Baxış sayı: 3602Yazı axını
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
07 / 05 / 2026
06 / 05 / 2026
05 / 05 / 2026
Ən çox oxunanlar
18-05-2026 18:20

17-05-2026 13:15




























